logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS-da işəgötürənin gələcək tarixə işçinin xitam bildirişini hazırlamaq imkanı necə heyata keçirilir?

  • Bloq
  • 15-fev-2023, 10:32
  • 233
ƏMAS-da işəgötürənin gələcək tarixə işçinin xitam bildirişini hazırlamaq imkanı necə heyata keçirilir?
ƏMAS platformasının e-gov.az informasiya sistemindən fərqli olaraq işəgötürənə verdiyi üstünlüklərdən biri də gələcək tarixə işçinin xitam bildirişini hazırlamaq imkanıdır.

Mİsal. İşəgötürən 16 sentyabr 2022-ci il tarixli əmri ilə işçinin əmək müqaviləsinə 1 oktyabr 2022-ci il tarixdən xitam verir. E-gov.az informasiya sistemində işəgötürən bu xitamı 1 oktyabr 2022-ci il tarixdə verə bilərdi. Amma ƏMAS sistemi imkan verir ki, gələcək tarixi seçməklə xitam bildirişi imzalansın.

İşəgötürən qeydiyyata alınan sənədi imzaladıqdan sonra xitam əmrinin statusu fərqli formada təqdim olunacaq:

Şəkildən göründüyü əmrin statusunda “Qüvvədədir” yox, “Qüvvəyyə minəcək” qeydi var. “Qüvvəyə minəcək” statusunun digərindən fərqi odur ki, işəgötürən həmin əmri qüvvəyə minəcəyi tarixə qədər ləğv etmək hüququna malikdir.

Misalın davamı olaraq hesab edək ki, işəgötürən 20 sentyabr 2022-ci ildə işçinin işdən çıxma ərizəsinin etibarsız edilməsi üçün müraciət edir. Bu zaman işəgötürən “Etibarlı xitam əmrləri” bölməsindəki müvafiq sənədin içərisinə daxil olduqdan sonra sol tərəfdəki “Əməliyyatlar” menyusundan “Ləğv et” düyməsini sıxmalıdır:

Ləğv etmə səbəbini qeyd etdikdən sonra qüvvəyə minəcək xitam əmri ləğv edilir və “Ləğv edilmiş xitam əmrləri” bölməsində saxlanılır:

Əgər işəgötürən qüvvəyə minməsi nəzərdə tutulan tarixə kimi xitam əmrini ləğv etməsə, o zaman əmr qüvvəyə minmiş hesab olunacaq. İşəgötürən müddəti ötürdükdən sonra yuxarıdakı əməliyyatı həyata keçirə bilməyəcək. Artıq əmrin ləğv olunması üçün bir yol qalır: “Əmək müqaviləsi bildirişi və əmrlər üzrə müraciətlər” bölməsindən “Etibarsızlaşdırma üzrə müraciət yarat” altbölməsinə daxil olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət göndərmək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech