logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Ödəmə mənbəyində verginin tutulmasında hansı yenilik var?

  • Bloq
  • 17-fev-2023, 10:05
  • 253
Ödəmə mənbəyində verginin tutulmasında hansı yenilik var?
Prezidentin 13 may 2022-ci il tarixli qərarı ilə Vergi Məcəlləsinin 123.1-ci maddəsi yeni redaksiyada təsdiq edilib. Məcəlləsinin 123.1-ci maddəsinə əsasən, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Maddənin yeni redaksiyada təsdiqi ilə bağlı 3 məqama diqqət yetirmək lazımdır.

Birinci məqam ondan ibarətdir ki, dəyişikliyə qədər rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulurdu.

Misal üçün, bankda depozit yerləşdirən vergi ödəyicisinə ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz vergi tutulmalıdır. Yeni dəyişiklikdən sonra bank həmin depozit üzrə yaranan faiz gəlirlərindən vergi tutmayacaq. Vergi ödəyicisi həmin gəliri ümumi qaydada mənfəət vergisinə cəlb edəcək.

İkinci məqam Vergi Məcəlləsinin 123.1-ci maddəsində edilən dəyişikliyin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minməsidir. Qanunun tarixinin 13 may 2022-ci il olmasını nəzərə alaraq, banklar ödənilən faiz gəlirləri üzrə ödəmə mənbəyində vergi tutulması ilə bağlı 2022-ci ilin 1-ci rübunə dəqiqləşdirimiş hesabat təqdim etməlidir.

Üçüncü məqam. Dəyişikliyə qədər Vergi Məcəlləsinin 123.3-cü maddəsinə əsasən, rezident müəssisə hesabladığı verginin məbləğini, ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri vermək şərti ilə bu mənbədə ödənilmiş verginin məbləği qədər azaltmalı idi. Yeni dəyişikliklərdə artıq ödəmə mənbəyində vergi tutulması olmadığı üçün hər hansı təsdiqedici sənəd təqdim etməyə və ya ödəmə mənbəyində tutulan verginin məbləğinin azadılmasına ehtiyac yaranmayacaq.

Dördüncü məqam. Vergi Məcəlləsinin 123.1-ci maddəsi üzrə rezident müəssisə tərəfindən fiziki şəxsə ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz verginin tutulması öncə oldugu qaydada həyata keçirilməlidir.

Misal üçün, fiziki şəxs vergi ödəyicisi olan hüquqi şəxsə faizlə borc verərsə, bu halda hüquqi şəxs faiz gəlilərini ödədikdə, ödəmə mənbəyində 10 faiz məbləğində verginin tutulmasını həyata keçirilməlidir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech