logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Gecə vaxtı işçilərin əmək haqqları necə hesablanır?

  • Bloq
  • 27-fev-2023, 12:12
  • 498
Gecə vaxtı işçilərin əmək haqqları necə hesablanır?\
Əmək Məcəlləsinin 166-cı, “Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi” maddəsinin birinci hissəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Nazirlər Kabineti) müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.

Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” qərarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq müəyyən edilib.

Gecə vaxtı iş rejimi iki halda mümkündür: yalnız gecə növbəsində işləyənlər (mühafizəçi, gözətçi və s.) və növbəli iş rejimində işləyənlər (kassirlər, sorğu mərkəzinin əməkdaşları), bəzi dövlət orqanlarının (təcili yardım, polis, fövqalədə hallar və s.) müəyyən işçiləri və s.)

Öncə gecə növbəsində işləyənlərin əmək haqlarının hesablanması haqqında məlumat verək.

Mİsal. Marketdə kassir vəzifəsində işləyən işçinin əmək haqqı 500 manatdır. 2019-cu ilin oktyabr ayı üzrə 23 gün iş günü olmasını nəzərə alsaq, işçinin hər saatına düşən əmək haqqı 2,72 manat (500 manat / (23 gün x 8 saat)) təşkil edəcək. İşçinin 5 gündən ibarət həftəlik iş rejimində iş saatı saat 17:00-də başlayır və saat 23:00-də bitir. Bu halda işçinin işlədiyi vaxtın 1 saatı gecə vaxtı yerinə yetirilən iş dövrünə düşür. Bu şərtlər daxilində işçinin əmək haqqının hesablanması aşağıdakı kimi aparılır:

Aylıq əmək haqqı = 23 gün x 8 saat x 2,72 manat + 23 gün x 1 saat x 2,72 manat x 20% = 500 manat + 12.51manat = 512, 51 manat.

Ədliyyə və Əhalinin Sosial Müdafiəsi nazirliklərində qeydiyyata alınan “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə” İzahatın 6-cı bəndinə əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunan digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilir.

O səbəbdən də gecə vaxtı görülən işləri iki yerə ayırdıq ki, mənzərə işəgötürənlərə tam aydın olsun. Bizim misalımızda axşam növbəsi yoxdur, çünki iş rejimimizdə gecə növbəsi yoxdur.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    12-sen-2025 | Bloq
  • İşçilərin attestasiya edilməsi qaydaları
    İşçilərin attestasiya edilməsi qaydaları
    12-sen-2025 | Bloq
  • Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    11-sen-2025 | Bloq
  • Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    11-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    10-sen-2025 | Bloq
  • Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    10-sen-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    09-sen-2025 | Bloq
  • Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    09-sen-2025 | Bloq
  • Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    08-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]