logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Artıq ödənilmiş vergilərin geri qaytarılması mümkündürmü?

  • Bloq
  • 28-fev-2023, 11:30
  • 210
Artıq ödənilmiş vergilərin geri qaytarılması mümkündürmü?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin dövlət büdcəsinə artıq ödənilmiş məbləğlərinin qaytarılması üçün yeni mexanizm hazırlayıb. İxrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin artıq ödəmə məbləğləri nəzarət tədbirlərinə məruz qalmadan çevik şəkildə qaytarılacaq. Qeyd edilib ki. yeni mexanizmin ilkin olaraq ixrac fəaliyyəti göstərən vergi ödəyicilərini əhatə etməsi, sonrakı mərhələlərdə digər vergi ödəyicilərinə də şamil olunması nəzərdə tutulur. Artıq ödənilmiş məbləğlərin çevik qaydada qaytarılması ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə resurslarının likvidliyinin artırılmasına şərait yaradacaq, eyni zamanda, onların inzibati işlərə vaxt itkisinin qarşısını alacaq.

Artıq ödənilmiş vergilərin avtomatlaşdırılmış qaydada qaytarılması mexanizminə əsasən, vergi orqanı tərəfindən belə məbləğlər müəyyən edilərək qaytarılması məqsədəmüvafiq hesab olunan məbləğlər seçiləcək və sistemdə təsdiq əməliyyatı yerinə yetiriləcək. Vergi orqanının təsdiqi nəticəsində ödəyicinin elektron kabinetində tərtib edilmiş ərizə məlumatları avtomatik əks olunacaq və vergi ödəyicisinə bildiriş göndəriləcək. Ərizə vergi ödəyicisi tərəfindən təsdiq, rədd və ya düzəliş (məbləğin azalması, hesabın dəyişdirilməsi) edilə bilər. Ərizə vergi ödəyicisi tərəfindən təsdiqləndikdə müəyyən edilmiş müddət ərzində icra olunması üçün vergi orqanına veriləcək və müvafiq rəy tərtib edilərək aidiyyəti üzrə göndəriləcək.

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə vergi ödəyicilərinə münasibətdə müəyyən şərtlər mövcuddur. İlk növbədə, vergi ödəyicilərinin fəaliyyəti ixrac sahəsini əhatə etməli, riskli vergi ödəyicisi olmamalı, riskli vergi ödəyicisindən elektron qaimə-faktura əldə etməməli, açıq səyyar vergi yoxlaması və təqdim edilməmiş bəyannaməsi olmamalı, bəyan edilmiş əmək haqqı məbləği orta aylıq əmək haqqı məbləğindən aşağı olmamalı və bəyannamələr üzrə vergi yaradan risklər olmamalıdır.

Digər vergi ödəyiciləri üzrə artıq ödənilmiş vergilərin qaytarılması müvafiq qaydalarda nəzərdə tutulmuş müddətlər ərzində həyata keçirilir.

Qeyd edək ki, vergi ödəyicilərinin məmnunluğunun artırılması məqsədilə 2021-ci ildən artıq ödənilmiş vəsaitlərin geri alınması prosesini özündə əks etdirən “Vahid elektron lövhə” istifadəyə verilib. Vergi ödəyiciləri bu lövhə vasitəsilə müraciətlərinin hər mərhələsini izləyə, onun geri qaytarılması ilə bağlı prosesə şəxsən nəzarət edə bilirlər. “Vahid elektron lövhə”də olan məlumatlar sistem vasitəsilə onlayn rejimdə yenilənir. Vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı statistik məlumatların Dövlət Vergi Xidmtinin rəsmi internet səhifəsində onlayn izlənilməsi mümkündür.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech