logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürənə və İşçiyə hansı maliyyə sanksiyası tətbiq edilir?.

  • Bloq
  • 01-mar-2023, 10:35
  • 238
Əmək müqaviləsi  hüquqi qüvvəyə minmədən  işəgötürənə və İşçiyə hansı maliyyə sanksiyası tətbiq edilir?.
Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əmək qanunvericiliyi işəgötürənin işçilərlə əmək münasibətinə girdiyi zaman yazılı əmək müqaviləsi bağlamağı tələb edir. Həmin yazılı əmək müqaviləsi elektron sistemdə yerləşdirilir və yalnız bu halda hüquqi qüvvəyə minir. Bundan kənar olan bütün hallar əmək və vergi qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilir.

Misal: “AA” MMC işçini fevral ayının 1-dən işə qəbul edib. İşçiyə əmək müqaviləsi bağlanacağı bildirilib, lakin yazılı formada əmək müqaviləsi bağlanmayıb. Əmək münasibətləri altsistemində isə həmin işçi ilə müqavilə yerləşdirilib. Fevralın 6-da operativ vergi yoxlaması zamanı işçi ilə yazılı əmək müqaviləsinin bağlanmadığı aşkarlanıb.

Bu halda Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə həmin işçiyə görə, MMC təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyi nəzərə alınmaqla, 2.000 manat maliyyə sanksiyası tətbiq olunur. Təqvim ili ərzində belə hal ikinci dəfə üzə çıxarsa, maliyyə sanksiyasının məbləği 4.000 manat, üç və daha artıq olarsa, 6.000 manat olacaq.

Burada diqqət yetirilməli məqam təqvim ili məsələsidir. Tutaq ki, 2022-ci ilin oktyabr ayında həyata keçirilən operativ vergi nəzarəti zamanı iki nəfər işçinin müqavilə bağlanmadan işə cəlb olunması aşkar edilib. Bu zaman həmin şirkətə qarşı 4.000 manat, yəni hər işçiyə görə 2.000 manat maliyyə sanksiyası tətbiq ediləcək. 2023-cü ilin fevral ayında yenidən operativ vergi yoxlaması keçirildikdə və bir nəfər işçinin əmək müqaviləsi bağlamadan işə cəlb olunduğu aşkarlandıqda isə şirkətə yenə 2.000 manat maliyyə sanksiyası tətbiq ediləcək. Çünki yanvar ayında təqvim ili yenilənib.
Burada başqa bir məqamı da vurğulamaq zəruridir. İşçinin əmək müqaviləsi olmadan işə cəlb edilməsinə görə vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb edilməsi onu İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş cərimədən azad etmir.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi, işəgötürən əmək müqaviləsini bağlamadıqda bir əməllə qanunvericiliyin iki müxtəlif tələbini pozmuş olur. Ona görə də işəgötürənə hər iki maliyyə sanksiyası tətbiq olunur.
Vergi Məcəlləsinin 58.10-cu maddəsinin ikinci hissəsi isə mülki hüquqi xarakterli münasibətlərə aiddir. Tutaq ki, ictimai iaşə obyektində bir aşpaz çalışır. Onunla müəssisə arasında əmək müqaviləsinin bağlanması məcburi deyil. Lakin bu halda işəgötürən həmin aşpazla mülki hüquqi müqavilə bağlamalı və həmin şəxsdən sabit qəbzi tələb etməlidir. Yəni aşpaz vergi və məcburi sosial ödənişləri edib qəbz almalıdır. Bu tələbə əməl edilmədiyi təqdirdə, hər il belə şəxsə görə vergi ödəyicisini müvafiq olaraq 2.000, 4.000 və 6.000 manat məbləğində maliyyə sanksiyaları gözləyə bilər.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech