logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Riskli vergi ödəyiciləri siyahısından çıxmaq üçün nə etməli?

  • Bloq
  • 17-mar-2023, 15:09
  • 154
Riskli vergi ödəyiciləri siyahısından çıxmaq üçün nə etməli?
"Onlayn Kargüzarlıq"da poçt qutusunu açıb, orada riskli vergi ödəyicilərinin siyahısına daxil olma barədə bildiriş gördükdə hansı hərəkətlərin edilməli olduğunu nəzərdən keçirək. Əksər hallarda bu, obyektiv səbəbdən baş verir. Yəni siyahılara daxil edilən şəxs özü də çox gözəl bilir ki, bu iş hansı əməliyyata, hərəkətə və ya hərəkətsizliyə görə baş verib. Ona görə də əvvəlcə bu məsələni araşdırmaq lazımdır: hansı meyar üzrə və hansı əməliyyat səbəbindən riskli vergi ödəyicisi sayılmısınız?

Qeyd etmək lazımdır ki, bu səbəb riskli vergi ödəyicisi siyahısına daxil olduğunuz barədə məktubda qeyd edilməlidir.

Hadisə barədə şirkət rəhbərliyinə məlumat verin: şirkət rəhbərliyinin baş verənləri Dövlət Vergi Xidmətindən və ya müqavilə tərəfdaşlarından yox, sizdən eşitməsi daha məqbuldur.

Sonuncu dəfə elektron hesab-fakturalarını verdiyiniz hər kəsə zəng edin və onlara məsələni təfərrüatı ilə izah edin. Onsuz da onlar qaimə-fakturanı təsdiqləməyə çalışdıqda, riskli vergi ödəyicisi olduğunuz barədə sistem xəbərdarlığı görəcəklər, bu barədə əvvəlcədən danışmaq daha məqsədəuyğundur.

Bu siyahıdan çıxmaq üçün ilk addım bu siyahılara daxil olmağın səbəbini aradan qaldırmaqdır. Siyahıya düşmə səbəbi Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmış anbarın olmamasıdırsa, dərhal qeydiyyat prosesinə başlayın. Göndərilmiş elektron hesab-fakturada səhv məhsul və ya xidmət kodunu daxil etməmisinizsə, onu düzəldin. Bir sözlə, problemi aradan qaldırın.

Əgər siz vergi xidmətinin səhv etdiyini və sizin riskli vergi ödəyiciləri siyahısına salınmağınızın əsassız olduğunu hesab edirsinizsə, öz arqumentlərinizi onlara açıqlayıb, mövqeyinizi sübut etməyə cəhd edə bilərsiniz. Öz mövqeyinizi əsaslandırsanız, riskli vergi ödəyicisi siyahısından çıxarılacaqsınız.

Nəhayət, riskli vergi ödəyiciləri siyahısından çıxarılmaq barədə qərarı İqtisadiyyat Nazirliyi verdiyi üçün nazirliyə bu barədə müraciət etməlisiniz. Bir daha xatırlatmaq istəyirəm: ilk növbədə bu siyahılara daxil olmağın səbəbini aradan qaldırmalı və müraciətinizdə bunu qeyd etməlisiniz.

Siyahıdan çıxarılma proseduru uzana bilər. Riskli vergi ödəyicilərinin siyahısına daxil edildiyiniz andan vergi orqanlarının ciddi nəzarəti altında olduğunuzu unutmayın. Yadda saxlayın ki, riskli vergi ödəyicilərinə növbədənkənar səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti tədbirləri tətbiq edilə bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech