logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşəgötürən 5 il ərzində işçilərin attestasiyasını həyata keçirmədiyi halda cərimə oluna bilərmi?

  • Bloq
  • 27-mar-2023, 09:53
  • 292
İşəgötürən 5 il ərzində işçilərin attestasiyasını həyata keçirmədiyi halda cərimə  oluna bilərmi?
İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə - yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

Maddənin tələblərini misallarla izah edək.

Mİsal. İşəgötürən 5 ildən çox işləyən işçilərin attestasiyasını həyata keçirmir. Əsas kimi illik qiymətləndirmənin aparılmasının kifayət etdiyini göstərir. Bu halda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işçilərin attesasiya olunmamasına görə inzibati cərimə tətbiq edilə bilməz. Çünki işçilərin attestasiyasını keçimək işəgötürənin hüququdur. İşəgötürən işçilərin səviyyəsindən razıdırsa, o zaman attestasiyasının keçirilməsinə ehtiyac duymaya bilər.

O zaman işçilərin yerlərinin attestasiyasının keçirilməsi qaydaları ilə bağlı inzibati xəta nə vaxt tətbiq olunur? Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli, 97 nömrəli qərarı ilə “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi QAYDALARI” təsdiq edilib. Qaydalarda qeyd olunur ki, attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Xəstəlik müddəti, məzuniyyətdə və ezamiyyətdə olduğu dövr 30 günlük müddətə daxil edilmir.

Mİsal. İşəgötürən işçilərin attestasiyasını həyata keçirib və attestasiya komissiyasının 1 fevral 2022-ci il tarixli tövsiyəsinə uyğun olaraq satış meneceri vəzifəsində çaışan işçinin maaşına edilən əlavənin ləğvini məqsədəuyğun sayıb. İşəgötürən 15 mart 2022-ci il tarixdə ləğvi həyata keçirib. Bu halda Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürəni İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə uyğun cərimələyəcək. Çünki işəgötürən qərarı komissiyanın tövsiyəsindən 30 günlük müddət ötdükdən sonra verib və bununla da işçilərin attestasiyası qaydalarını pozub.

Mİsal 2. İşəgötürən vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçiləri attestaiya edib. Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən qeyd edilən şəxslər attestasiyadan azaddır. Dövlət Əmək Müfəttişliyi Xidməti attestasiya qaydalarının keçirilməsi zamanı yol verdiyi pozuntuya görə işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsini tətbiq edə bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    12-sen-2025 | Bloq
  • İşçilərin attestasiya edilməsi qaydaları
    İşçilərin attestasiya edilməsi qaydaları
    12-sen-2025 | Bloq
  • Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    11-sen-2025 | Bloq
  • Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    11-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    10-sen-2025 | Bloq
  • Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    10-sen-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    09-sen-2025 | Bloq
  • Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    09-sen-2025 | Bloq
  • Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    08-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]