logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmlak vergisi üzrə hansı əsas vəsaitlər vergidən azad edilir?

  • Bloq
  • 28-mar-2023, 09:33
  • 233
Əmlak vergisi üzrə hansı əsas vəsaitlər vergidən azad edilir?
Vergi Məcəlləsinin 199.4.1-ci maddəsinə əsasən, ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən əsas vəsaitlər əmak vergisindən azad edilirdi. 1 yanvar 2023-cü il tarixdən etibarən “mülki müdafiə üçün istifadə edilən əsas vəsaitlər” həmin azadolmaya daxil edilməyəcək. Bu səbəbdən Vergi Məcəlləsinə 199.4.1-1-ci maddə əlavə edilib. Əlavə olun həmin maddəyə əsasən, müəssisələrin mülkiyyətində (balansında) olan və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mülki müdafiə təyinatlı əmlaklar əmlak vergisindən azad edilir. Əmlak vergisi üzrə azadolmaya cəlb ediləcək mülki müdafiə təyinatlı əmlakların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.

Qeyd edək ki, Vergi Məcəlləsinin 199.4.1-ci maddəsindəki dəyişikliyə səbəb kimi, bəzi vergi ödəyiclərinin “mülki müdafiə üçün istifadə edilən əsas vəsaitlər” məfhumundan sui-istifadə etmələri göstərilir. Belə ki, bəzi vergi ödəyiciləri obyektinin və ya əmlakının təyinatı kimi mülki müdafiə üçün istifadəni əsas gətirərək əmlak vergisindən azad olmağa cəhd göstəriblər. Son dəyişikliklərdən sonra vergi ödəyicisi yalnız Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən mülki müdafiə təyinatlı əmlaklar üzrə azadolma hüququna malik olacaq.

Vergi Məcələsinə dəyişikliklərin təsdiqi ilə bağlı Qanunun keçid müddəasında qeyd edilib ki, Vergi Məcəlləsinin 199.4.1-ci 199.4.1-1-ci maddələri Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahı təsdiq edildiyi ildən qüvvəyə minir.

Bir məsələni qeyd edək ki, Nazirlər Kabinetinin tərəfindən siyahı təsdiq edilənədək “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mülki müdafiə təyinatlı əmlakları (yeraltı əmlakları (eskalatorlar, havalandırma sistemləri, vaqonlar və digər əmlaklar) və yeraltı əmlaklarla bilavasitə bağlı olan keçidlər) əmlak vergisindən azaddır.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech