logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Qeyri-rezident şirkətin filialının gəlirləri ilə bağlı vergi öhdəlikləri necə tənzimlənir?

  • Bloq
  • 29-mar-2023, 13:02
  • 158
Qeyri-rezident şirkətin filialının gəlirləri ilə bağlı vergi öhdəlikləri necə tənzimlənir?
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən qeyri-rezident şirkətin Azərbaycandakı filialı yerli hüquqi şəxsə xidmət göstərir. Bütün ödənişlər (əməkhaqqı, digər təşkilatların (subpodratçıların) xidmətləri və s.) filial tərəfindən həyata keçirilir. Müqavilənin şərtlərinə görə, yerli hüquqi şəxs xidmətin dəyərini filiala yox, qeyri-rezident şirkətin özünə ödəyir və ödəmə mənbəyində vergini tutur. Bu halda filial tərəfindən görülən işlərə (xidmətlərə) görə qeyri-rezidentdən filiala ödənilmiş vəsait vergiyə cəlb olunurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 130.1-ci maddəsində göstərilir ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəslə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
Belə ki, vergi ödəyiciləri tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) uçotu sənədləşdirilmiş məlumat əsasında vaxtlı-vaxtında dəqiq uçotu aparılmalıdır.

Müraciətdə göstərilən halda, vergi qanunvericiliyinin müddəalarına əsasən, xidməti birbaşa göstərən filial tərəfindən göstərilən xidmətlərdən əldə olunan gəlirlər filialın vergitutulan gəlirlərinə, həmin xidmətlərin göstərilməsi ilə bağlı çəkilən xərclər isə filialın gəlirdən çıxılan xərclərinə aid edilir. Bununla yanaşı, filial tərəfindən xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərdən vergi öhdəlikləri yerinə yetirildikdən sonra qalan xalis mənfəətindən qeyri-rezidentə köçürülən məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə vergi tututub dövlət büdcəsinə ödənilir.

Eyni zamanda, xidmət göstərən filial ƏDV qeydiyyatında olan vergi ödəyicisi olduğu halda, göstərilən xidmətlərin dəyərindən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir. Müraciətdə qeyd olunan əməliyyatlar üzrə vergi öhdəliyinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 126-cı, 130-cu və 159-cu maddələri.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq
  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech