logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Təsdiqlənməmiş azalma necə aradan qaldırılır?

  • Bloq
  • 13-apr-2023, 09:49
  • 130
Təsdiqlənməmiş azalma necə aradan qaldırılır?
Şəxsi vərəqədə təsdiqlənməmiş azalma vergi ödəyicisinin ödəmə müddəti çatmış vergi borcu olduqda və borc yarandıqdan sonra verilmiş azalma nəticəsində yarana bilər.

Ödəmə müddəti çatmış vergi borcu nədir? Tutaq ki, mənfəət vergisi bəyannaməsini təqdim etmək müddəti 31.03.2023-cü il tarixə qədərdir. Həmin tarixədək şəxsi vərəqədə vizual borc görünə bilər. Lakin buna görə vergi orqanı sizə borc bildirişi göndərməyəcək, bank hesablarınıza sərəncam qoymayacaq. Borc bildirişi və bank hesabına sərəncamlar aprelin 1-dən başlayaraq göndəriləcək. Təsdiqlənməmiş azalma vergi ödəyicisinin borcu ola-ola hər hansı digər hədiyyədən verdiyi azalma nəticəsində yaranır və təsdiqlənməmiş azalma yaranandan sonra, təbii ki, vergi orqanı buna adi borc kimi baxır.

Misal. Tutaq ki, vergi ödəciyisinin hesabat dövründə ödəmə müddəti çatmış 100 manat borcu var. 100 manatdan artıq azalma verildikdə isə borcun məbləği qədər təsdiqlənməmiş azalma, aradakı fərq qədər artıq ödəmə yaranır. Həmin borc vergi ödəyicisi tərəfindən təsdiqlənməmiş azalma olan müddətdən sonra ödənilərsə, təsdiqlənməmiş azalma ödəniş məbləği qədər azala-azala gedir. Yəni 100 manat təsdiqlənməmiş azalma varsa, 50 manat ödəniş edildikdə borc 50 manat azalır və vergi orqanı qalan məbləğ həddində bank hesabına sərəncam qoyur.

Təsdiqlənməmiş azalmanın aradan qaldırılmasının yeganə üsulu azalma verilmiş bəyannamədə heç bir uyğunsuzluğun olmamasıdır. Bu nə deməkdir? Biz bilirik ki, bəyannamələr 30 iş günü (mənfəət vergisi bəyannaməsi 60 iş günü) müddətində kameral qaydada yoxlanılır. Yəni vergi ödəyicisi heç bir hərəkətə yol verməsə, vergi orqanı 30 iş günü sonra həmin bəyannaməni yoxladıqda təsdiqlənməmiş azalma aradan qalxacaq. Ancaq bir şərtlə - 30 iş günündən tez təsdiqlənməmiş azalmanın aradan qaldırılması üçün azalma verilmiş bəyannamədə vergi orqanının Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində heç bir elektron uyğunsuzluq olmasın. Uyğunsuzluq olmadıqda vergi orqanı bəyannamənin düzgün olduğunu, yəni azalmanın düzgün verildiyini qəbul edir və borcu ləğv edir. Təbii ki, bütün prosedurlar geriyə tətbiq olunur, sərəncam varsa, geri götürülür, borc bildirişi ləğv edilir.

Burada problemlər azalma verilmiş bəyannamədə bir dəfə kameral vergi yoxlaması aparılmış olduğu zaman yaranır. Bəyannamə ilə bağlı istənilən uyğunsuzluq aradan qaldırılsa belə, onun üzərində bir uyğunsuzluq, yəni vergi orqanının öncə aparmış olduğu kameral yoxlama uyğunsuzluğu olur. Başqa sözlə, hansısa bir dövrə aid verilmiş azalma bəyannaməsi vergi orqanı tərəfindən kameral qaydada bir dəfə yoxlanıldığı üçün növbəti bəyannamə veriləndə kameral yoxlama təkrar aparılmalıdır. Kameral yoxlama təkrar aparılmayana qədər, hətta sizin bəyannamədə heç bir uyğunsuzluq olmasa belə, təsdiqlənməmiş azalma ödənişə qədər qüvvədə qalır. Bu cür hallarda şəxsi hesab vərəqəsində yaranmış təsdiqlənməmiş azalmanın aradan qaldırılması üçün vergi orqanına məktubla müraciət edərək bəyannamədə heç bir uyğunsuzluq olmadığı bildirilməli, təkrar kameral yoxlama aparılaraq azalma verilmiş bəyannamənin təsdiqlənməsi xahiş edilməlidir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech