logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək qabiliyyətini uzun müddət itirən iş­çi­nin əmək mü­qa­vi­lə­si­nə xi­tam ver­mək olar­mı?

  • Bloq
  • 17-apr-2023, 10:52
  • 188
Əmək qabiliyyətini uzun müddət itirən  iş­çi­nin əmək mü­qa­vi­lə­si­nə xi­tam ver­mək olar­mı?
Əmək qabiliyyətinin itirilməsi zamanı əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı təcrübədə müəyyən suallar yaranır. Uzun müddət işə gələ bilməyən iş­çi­nin əmək mü­qa­vi­lə­si­nə xi­tam ver­mək olar­mı? Olar­sa, pro­ses ne­cə tənzimlənir?Əmək Mə­cəl­lə­si­nin 74-cü mad­də­sin­də tə­rəf­lə­rin ira­də­sin­dən ası­lı ol­ma­yan hal­lar­da əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ril­mə­si­nin hal­la­rı mü­əy­yən edil­miş­dir. Be­lə hal­lar­dan bi­ri də “c” bən­didir: qa­nun­ve­ri­ci­lik­lə da­ha uzun müd­dət mü­əy­yən edil­mə­yib­sə, əmək qa­bi­liy­yə­ti­nin fa­si­lə­siz ola­raq al­tı ay­dan çox müd­də­tə tam itirilmə­si ilə əla­qə­dar iş­çi əmək funk­si­ya­sı­nı ye­ri­nə ye­ti­rə bil­mə­dik­də.

Diq­qət edir­si­niz­sə, mad­də­də iki mü­hüm mə­sə­lə­nin göz­lə­nil­mə­si şərt­i var:

- əmək qa­bi­liy­yə­ti­nin al­tı ay­dan çox müd­də­tə və tam iti­ril­mə­si;

- əmək qa­bi­liy­yə­ti­nin iti­ril­mə­si müd­də­tinin fa­si­lə­siz da­vam et­məsi.

Əmək qa­bi­liy­yə­ti­nin tam iti­ril­mə­si mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın mü­əy­yən et­di­yi or­qa­nın (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəz­din­də Tib­bi So­si­al Eks­pert Ko­mis­si­ya­sı – TSEK) rə­yi ilə mü­əy­yən edi­lir. Əmək qa­bi­liy­yə­ti­nin tam itiril­mə­si de­dik­də, ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın mü­əy­yən et­di­yi or­qa­nın (qu­ru­mun) qə­ra­rı ilə iş­çi­yə əlil­lik də­rə­cə­si və ya 18 ya­şı­na­dək sağ­lam­lıq im­kan­la­rı­nın məhdud­lu­ğu mü­əy­yən edil­mək­lə ən azı bir il müd­də­ti­nə əmək qa­bi­liy­yət­siz he­sab edil­mə­si ba­şa dü­şül­mə­li­dir. Əmək qa­bi­liy­yə­ti­nin 6 ay­dan az müd­də­tə mü­vəq­qə­ti iti­ril­mə­si əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ril­mə­si üçün əsas ola bil­məz. Əmək qabiliyyə­ti­ni bir il­dən çox ol­ma­yan müd­də­tə qis­mən itir­miş iş­çi­lər üçün isə müvafiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın mü­əy­yən et­di­yi or­qa­nın (TSEK) rə­yi nə­zə­rə alı­nır.

Aşağıdakı hallara nəzər salaq:

Əmək qa­bi­liy­yə­ti mü­vəq­qə­ti iti­ril­di­yi za­man
Əmək qa­bi­liy­yə­ti­nin mü­vəq­qə­ti iti­ril­mə­si de­dik­də, əmək qa­bi­liy­yə­ti­nin 6 ay­dan az müd­də­tə iti­ril­mə­si ba­şa dü­şü­lür. Əmək qa­bi­liy­yə­ti­ni mü­vəq­qə­ti itir­miş iş­çi­lə­rin iş ye­ri və və­zi­fə­si sax­la­nıl­maq­la on­la­ra ilk 14 gün üçün mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti orqa­nı tə­rə­fin­dən mü­əy­yən olun­muş qay­da­da və miq­dar­da işə­gö­tü­rə­nin və­sai­ti, qalan gün­lər üçün isə məc­bu­ri döv­lət so­si­al sı­ğor­ta haq­la­rı he­sa­bı­na müa­vi­nət ödəni­lir. Əmək qa­bi­liy­yə­ti­nin mü­vəq­qə­ti iti­ril­mə­si­nə gö­rə müa­vi­nət və ha­mi­lə­li­yə və do­ğu­ma gö­rə müa­vi­nət al­maq hü­qu­qu ən azı 6 ay so­si­al sı­ğor­ta sta­jı olan şəxslərə şa­mil edi­lir.

Qeyd edək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.

Əmək qa­bi­liy­yə­tinin tam iti­rilməsi
​​​​​​​

Əmək qa­bi­liy­yə­ti­nin tam iti­ril­mə­si de­dik­də, orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müd­də­ti­nə əmək qa­bi­liy­yət­siz he­sab edil­mə­si ba­şa dü­şü­lür. Əmək qa­bi­liy­yə­ti­nin tam şə­kil­də itirilmə­si ilə əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ri­lən za­man işə­gö­tü­rən iş­çi­yə or­ta ay­lıq əməkhaq­qı­nın azı 2 mis­li miq­da­rın­da müa­vi­nət ödə­mə­li­dir.

İn­di isə əmək qa­bi­liy­yə­ti­nin iti­ril­mə­si za­ma­nı əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ri­lib-veril­mə­mə­si mə­sə­lə­sini nə­zərdən keçirək.

Əmək qa­bi­liy­yə­ti­nin 6 ay­dan az müd­də­tə iti­ril­mə­si
Əmək qa­bi­liy­yə­ti 6 ay­dan az müd­də­tə iti­ri­ldiyi hal­da Əsasnamə­yə uy­ğun şə­kil­də müa­vi­nət he­sab­lan­ma­lı və ödə­nil­mə­li­dir. Yə­ni iş­çi, əmək qa­bi­liy­yə­ti­nin ol­ma­ma­sı və­rə­qə­si­ni iş ye­ri­nin mü­ha­si­batı­na təq­dim edir, mü­ha­si­bat işə­gö­tü­rən tə­rə­fin­dən ödə­nil­mə­li məb­lə­ği ödə­yir. Qa­lan gün­lər üçünsə işçi özü DSMF-yə elekt­ron mü­ra­ci­ət et­mə­li­dir.

Əmək qa­bi­liy­yə­ti­nin 1 il­dən çox ol­ma­yan müd­də­tə iti­ril­mə­si
Əmək qa­bi­liy­yə­ti­ni bir il­dən çox ol­ma­yan müd­də­tə qis­mən itir­miş iş­çi­lər üçün də mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın mü­əy­yən et­di­yi or­qa­nın (TSEK) rə­yi nə­zə­rə alı­nır. TSEK iş­çi­nin əmək qa­bi­liy­yə­ti­nin tam iti­ril­mə­si ba­rə­də qə­rar ve­rə və ya əmək qa­bi­liy­yə­ti­nin mü­vəq­qə­ti iti­ril­mə­si pro­se­si­nin da­vam et­mə­si sə­bə­bin­dən müd­də­ti 1 il­dən çox ol­ma­yan müd­də­tə ar­tı­ra və ya iş­çi­nin işə çıx­ma­sı­na mü­əy­yən şərt­lər­lə ica­zə ve­rə bi­lər. Hər bir hal­da TSEK-in rə­yi nə­zə­rə alı­nır və bu­na uy­ğun təd­bir gö­rü­lür.

İşçinin ən azı bir il müd­də­ti­nə əmək qa­bi­liy­yət­siz ol­ma­sı
TSEK iş­çi­nin əlil­lik də­rə­cə­si və ya 18 ya­şı­na­dək sağ­lam­lıq im­kan­la­rı­nın məhdudlu­ğu mü­əy­yən edil­mək­lə ən azı bir il müd­də­ti­nə əmək qa­bi­liy­yət­siz he­sab edil­mə­si haq­qın­da qə­rar qə­bul edər­sə, bu, əmək qa­bi­liy­yə­ti­nin tam iti­ril­mə­si ki­mi ba­şa dü­şü­lür və işə­gö­tü­rən mü­va­fiq rəy­dən son­ra iş­çi­nin əmək mü­qa­vi­lə­si­nə Əmək Mə­cəl­lə­si­nin 74-cü mad­də­si­nin “c” bən­di ilə xi­tam ve­rir, mü­va­fiq ödə­niş­lə­ri ödə­yir.

TSEK ko­mis­si­ya­sı­nın qə­ra­rı üçün TSEK-ə sor­ğu gön­də­ril­mə­li və sor­ğu­nun ca­va­bı əsa­sın­da mü­va­fiq qə­rar­lar ve­ril­mə­li­dir.

Qeyd edək ki, uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstəlik müddəti son 12 ay ərzində, yaxud eyni xəstəlik üzrə ardıcıl 6 aydan çox olduqda yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq
  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech