logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Məlumatların ƏDV bəyannaməsində əks etdirilməsi hansı qaydada həyata keçirilir?

  • Bloq
  • 01-may-2023, 11:45
  • 133
Məlumatların ƏDV bəyannaməsində əks etdirilməsi hansı qaydada  həyata keçirilir?
ƏDV bəyannaməsinə əsasən ƏDV ilə bağlı əməliyyatlar dövriyyəsi beş qrup üzrə formalaşır:
- ƏDV tutulan dövriyyə;
- ƏDV tutulan əməliyyat sayılmayan dövriyyə;
- ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunan dövriyyə;
- ƏDV-dən azad olunan dövriyyə;
- Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ticarət əlavəsi üzrə dövriyyə.
İlk iki dövriyyə haqqında məlumatlar bəyannamənin 3 saylı Əlavəsində qeyd edilir. ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunan dövriyyə, ƏDV-dən azad olunan dövriyyə haqqında göstəricilər müvafiq olaraq bəyannamənin 3-cü, 4-cü və 2-ci əlavəsində qeyd edilir.
Əvvəlcə ƏDV tutulan dövriyyə üzrə göstəricilərin bəyananmədə qeyd edilməsi haqqında məlumat verək. Bəyannamənin müvafiq bölməsi 3 sütundan ibarətdir: Göstəricilər, təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) və daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan). Bəyannamənin bu bölməsinin tərtibi zamanı əsasən Vergi Məcəlləsinin 166-ci maddəsinin tələbləri gözlənilib. Bundan əlavə, bölmənin ilk hissəsindəki məlumatlar iki yerə bölünür:
Malların təqdim edilməsi üzrə əməliyyatlar;
İşlərin görülməsi və xidmətlərin təqdim edlməsi ilə bağlı əməliyyatlar.
Yəni Vergi Məcəlləsinin 166-ci maddəsinin tələbləri malların təqdim edilməsi və işlərin görülməsi ilə bağlı olduqda hər ikisi ayrılıqda təqdim edilir. Misal üçün, işçiyə əmək haqqı əvəzinə verilən mallar 301.1.1.2-ci sətirdə, əmək haqqı əvəzinə xidməti göstərilməsi halı isə 301.2.2.2-ci sətirdə qeyd olunacaq.
Bundan əlavə, fəaliyyət sahəsinə görə məlumatların da ayrıca qeyd edilməsi tələb edilir. Misal üçün, malların təqdim edilməsi topdansatış, pərakəndə ticarət və elektron ticarət fəaliyyəti üzrə həyata keçirilibsə, bu haqda göstəricilər ayrıca sətirlərdə qeyd ediləcək.
“ƏDV tutulan əməliyyat sayılmayan dövriyyə” üzrə məlumat 3 saylı əlavənin ikinci hissəsində qeyd edilir. Həmin bölmə iki sütundan ibarətdir: Göstəricilər və əməliyyatların məbləği.
Bu bölmədə göstəricilər məlumat xarakterli təqdim edilir və bəyananmənin digər göstəricilərinə hər hansı təsiri yoxdur. Misal üçün, fərdi sahibkarın icarə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab edildiyi üçün həmin əməliyyatlar üzrə məbləğlər bu bölmədə əks olunur. Digər misal: vergi ödəyicisinin torpaq sahələrinin təqdim edilməsi də həmin bölmədə əks olunacaq.
ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunan dövriyyə haqqında məlumatlar isə 4 saylı əlavədə əks olunur. Həmin əlavədə Vergi Məcəlləsinin 165-ci maddəsi üzrə məlumatların ayrıca təqdim edilməsində məqsəd bəzi əməliyyatların təsdiq edilməsi üçün təsdiqləyici sənədlərin tələb olunmasıdır. Misal üçün, ƏDV ödəyicisi qarşı tərəfin sertfikatı əsasında əməliyyatı ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edibsə, o zaman həmin sertifikat haqqında məlumatları bəyannamənin 8 saylı əlavəsində qeyd etməlidir.
ƏDV-dən azad olunan əməliyyatlara gəlincə isə, 5 saylı əlavədə Vergi Məcəlləsinin 164-cü maddəsi üzrə ƏDV-dən azad olunan əməliyyatlar əks etdirilir. Qeyd edilən bölmədə məlumatların digər göstəricilərə təsir imkanları mövcuddur. Cünki ƏDV-nin əvəzləşdirilməsi zamanı xüsusi çəkinin müəyyən olunmasında ƏDV-dən azad olunan əməliyyatlar üzrə məbləğlər nəzərə alınır.
Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı isə ticarət əlavəsi üzrə dövriyyə ilə bağlı məlumatlar əks etdirilir. Qeyd edək ki, 1 yanvar 2023-cü il tarixə kimi 2 saylı Əlavədə hər məhsul üzrə məlumatların ayrıca qeyd edilməsi tələb olunurdu ki, bu da təcrübədə kifayət qədər problemlərə yol açırdı. Çünki qarşı tərəf elektron qaimə-faktura üzrə ödənişi qismən həyata keçirdiyi zaman həmin məbləğin mallar üzrə bölgüsünü müəyyənləşdirmək kifayət qədər vaxt itkisinə səbəb olurdu. 2023-cü ilin yanvar ayında bəyannaməyə edilən dəyişiklik nəticəsində 2 saylı Əlavə üzrə məlumatlar iki hissədə – “2023-cü ildən əvvəl” və “2023-cü ildən sonra” bölmələri üzrə təqdim edilməyə başladı.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech