logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Faiz gəlirlərindən ödəmə mənbəyində verginin tutulmasında 4 əsas məqam

  • Bloq
  • 04-may-2023, 09:53
  • 180
Faiz gəlirlərindən ödəmə mənbəyində verginin tutulmasında  4 əsas məqam
Vergi Məcəlləsinin 13 may 2022-ci ildə yeni redaksiyada təsdiq edilmiş 123.1-ci maddəsinə əsasən, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Yeni redaksiyada təsdiq edilmiş bu maddənin tətbiqi ilə bağlı dörd məqama diqqət yetirmək lazımdır.

Birinci məqam. Dəyişikliyə qədər rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-cı maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulurdu.

Misal 1: Tutaq ki, bankda depozit yerləşdirən vergi ödəyicisinə ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz vergi tutulmalıdır. Yeni dəyişikliyə əsasən, bank həmin depozit üzrə yaranan faiz gəlirlərindən vergi tutmayacaq. Vergi ödəyicisi həmin gəliri ümumi qaydada mənfəət vergisinə cəlb edəcək.

İkinci məqam. Vergi Məcəlləsinin 123.1-ci maddəsində edilən dəyişiklik 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minib. Qanunun tarixinin 13 may 2022-ci il olmasını nəzərə alaraq, banklar ödənilən faiz gəlirləri üzrə ödəmə mənbəyində vergi tutulması ilə bağlı 2022-ci ilin 1-ci rübunə dəqiqləşdirilmiş hesabat təqdim etməlidir.

Üçüncü məqam. Dəyişikliyə qədər Vergi Məcəlləsinin 123.3-cü maddəsinə əsasən, rezident müəssisə hesabladığı verginin məbləğini, ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri vermək şərti ilə bu mənbədə ödənilmiş verginin məbləği qədər azaltmalı idi. Yeni dəyişikliklərdə artıq ödəmə mənbəyində vergi tutulması olmadığı üçün hər hansı təsdiqedici sənəd təqdim etməyə və ya ödəmə mənbəyində tutulan verginin məbləğinin azadılmasına ehtiyac yaranmayacaq.

Dördüncü məqam. Vergi Məcəlləsinin 123.1-ci maddəsi üzrə resident müəssisə tərəfindən fiziki şəxsə ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz verginin tutulması öncə oldugu qaydada həyata keçirilməlidir.

Misal 2: Fiziki şəxs vergi ödəyicisi olan hüquqi şəxsə faizlə borc verərsə, bu halda hüquqi şəxs faiz gəlirlərini ödədikdə, ödəmə mənbəyində 10 faiz məbləğində verginin tutulmasını həyata keçirməlidir.
Qeyd edək ki, Prezidentin 13 may 2022-ci il tarixli qərarı ilə Vergi Məcəlləsinin 123.3-ci maddəsi də yeni redaksiyada təsdiq edilib. Həmin maddəyə əsasən, istiqraz üzrə ödənilən diskont və faiz gəlirləri üzrə ödəmə mənbəyində vergi istiqraz mülkiyyətçisinin həmin istiqraza malik olduğu günlərin sayına mütənasib surətdə hesablanır. Fikrimizcə, Vergi Məcəlləsində edilən dəyişlik istiqraz üzrə ödəmə mənbəyində vergi tutulmasına daha düzgün yanaşmaya imkan verəcək. Dəyişikliyə qədər istiqraz üzrə ödənilən diskont və faiz gəlirləri üzrə ödəmə mənbəyində vergi, istiqraza malik olduğu günlərin sayı nəzərə alınmadan, onun son mülkiyyətçisi tərəfindən ödənilirdi. Yeni dəyişiklik istiqrazlar üzrə ödənilən diskont və faiz gəlirlərindən verginin hesablanması qaydasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırıb. Əsas meyar kimi istiqraz mülkiyyətiçisinin həmin istiqraza malik olduğu günlərin sayı nəzərə alınıb.

Misal 3: Vergi ödəyicisi illik 12 faiz olmaqla dövriyyəyə 2 il müddətinə istiqraz buraxıb. İstiqrazın ilk mülkiyyətçisi olan hüquqi şəxs (“A” MMC) 1 il faiz gəlirləri əldə etsə, növbəti mülkiyyətçi olan fiziki şəxs son 1 il faiz gəlirlərinə sahib olub.

Bu zaman həm “A” MMC-yə, həm də fiziki şəxsə həmin istiqraza malik olduğu günlərin sayına mütənasib surətdə diskont və faiz gəlirləri hesablanacaq və ödəmə mənbəyində vergi tutulacaq. Qeyd edək ki, hüququ şəxslərin faiz gəlirləri ümumi qaydada vergiyə cəlb ediləcək. Onu da deyək ki, istiqrazlar üzrə ödəmə mənbəyində verginin hesablanması qaydası 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech