logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Qeyri-rezidentə beynəlxalq daşınma xidmətinə görə ödənilən məbləğ nə zaman ödəmə mənbəyində vergiyə cəlb edilmir?

  • Bloq
  • 16-may-2023, 11:18
  • 170
Qeyri-rezidentə beynəlxalq daşınma xidmətinə görə ödənilən məbləğ  nə zaman ödəmə mənbəyində vergiyə cəlb edilmir?
Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasından digər dövlətlərin ərazilərinə daşınan beynəlxalq daşımalara görə qeyri-rezidentə ödənilən məbləğdən 6% ödəmə mənbəyindən vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Misal 1: İtaliyanın rezidenti “TT” LLC firması Azərbaycanın rezidenti “AA” MMC-nin mallarını Azərbaycan Respublikası daxilindən götürərək Almaniyanın Hamburq şəhərinə daşıyır. Rezident tərəfindən qeyri-rezidentin bank hesabına bununla bağlı 5.000 manat ödənilib. Bu əməliyyata aid ödəmə mənbəyində vergini hesablamaq üçün iki nüansa nəzər yetirməliyik.

Birincisi, əgər rezident müqavilə məbləğini qross hesab edərək müvafiq hesablamalardan sonra qeyri-rezidentin bank hesabına ödəniş edəcəksə, hesablama bu qaydada olacaq:

5.000 x 6% = 300 manat (ödəmə mənbəyində verginin məbləği)

Qeyri-rezidentə ödənilən məbləğ - 5.000-300 = 4.700 manat.

İkincisi, əgər rezident müqavilə məbləğini net hesab edərək qeyri-rezidentin bank hesabına köçürərsə, hesablama bu qaydada olacaq:

Qross məbləğ - 5.000:94% = 5.319,15 manat

ÖMV - 5.319,15 x 6% = 319,15 manat

Qeyri-rezidentə ödənilən məbləğ - 5.000 manat (5.319,15 - 319,15).

Bəs hansı hallarda beynəlxalq yükdaşımaya görə qeyri-rezidentə ödənilən məbləğ ödəmə mənbəyində vergiyə cəlb olunmur?

Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat məntəqəsinə daşınan yüklərə görə qeyri-rezidentə ödənilən məbləğlər ödəmə mənbəyində vergi üzrə vergitutma obyekti deyil.

Misal 2: İtaliyanın rezidenti “TT” LLC firması Azərbaycan Respublikasının “AA” MMC rezident müəssəsinin Gürcüstanda yerləşən anbarından malları götürərək Almaniyanın Hamburq şəhərinə daşıyır. Rezident tərəfindən qeyri-rezidentin bank hesabına bununla bağlı 5.000 manat ödənilib. Bu halda yüklər Azərbyacan Respublikasının hüdudlarından kənarda daşındığı üçün qeyri-rezidentə ödənilən məbləğ ödəmə mənbəyində vergi üzrə vergitutma obyekti olmayacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech