logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Bank əmanətləri üzrə faizlərin hesablanması hansı qaydada aparılır?

  • Bloq
  • 24-may-2023, 12:51
  • 117
Bank əmanətləri üzrə faizlərin hesablanması hansı qaydada aparılır?
Yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində gəlir vergisindən azad idi. Həmin müddət 1 fevral 2023-cü ildə başa çatdı.

Misal 1. Vətəndaş “XXXbank”da illik 8 faiz olmaqla 10.000 manat əmanət yerləşdirib. 2023-cü il fevral ayının 1-dək ilin sonunda 800 manat faiz vəsaitini əldə edərkən bank ödəmə mənbəyində hər hansı vergi tutmurdu.

Məlumat üçün bildirək ki, 2016-cı ildəki dəyişikliyə qədər hesablanan faizlərin illik məbləğinə bir dəfədən artıq olmamaq şərtilə 500 manat güzəşt tətbiq edilməklə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulurdu. 2015-ci ildə iki dəfə devalvasiya baş verəndən sonra banklara etimadı və likvidliyi bərpa etmək üçün 1 yanvar 2016-cı ildən etibarən 7 il müddətinə güzəşt tətbiq edildi.

Həmin müddət 2023-cü ildə başa çatdığı üçün banklar 1 fevral 2023-cü il tarixdən hesablanan faiz gəlirlərinə ödəmə mənbəyində vergi hesablayır.

Misal 2. Vətəndaş 1 yanvar 2022-ci il tarixdə banka illik 10 faiz olmaqla əmanət yerləşdirib. Bu halda 1 fevral 2023-cü il tarixə qədər əmanətlərin faizlərindən ödəmə mənbəyində vergi hesablanmır. Ancaq 1 fevral 2023-cü il tarixdən sonra hesablanan faizlərə ödəmə mənbəyində 10 faiz vergi tətbiq ediləcək.

Misal 3. Vətəndaşın kart hesabındakı vəsaitinə kredit təşkilatı faiz hesablayaraq ödəniş həyata keçirir. 1 fevral 2023-cü il tarixdən etibarən kart hesabına vəsaitə görə ödənilən faizdən ödəmə mənbəyində vergi hesablanır. Yəni vətəndaşın kart hesabında 1.000 manat vəsait varsa və bank həmin vəsaitə 1 fevral 2023-cü tarixdən etibarən 50 manat faiz hesablayırsa, bu halda ödəmə mənbəyində 10 faiz, yəni 5 manat vergi tutulacaq. Vətəndaşa 45 manat faiz ödəniləcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech