logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunması zamanı ödəmə mənbəyində vergi necə tutulur?

  • Bloq
  • 25-may-2023, 10:57
  • 208
Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunması zamanı ödəmə mənbəyində vergi necə tutulur?
Vergi Məcəlləsinin 150.1.9-cü madddəsinə əsasən, notariuslar da bəzi müqavilələri təsdiq edərkən ödəmə mənbəyində vergi tutmağa borcludur. Notariusların vergi tutduğu müqavilələrə aşağıdakılar aid edilmir:

- fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;

- fiziki şəxslər tərəfindən torpaq sahələrinin təqdim edilməsi.

Misal 1: Vətəndaş 2010-cu ildən qeydiyyatda olduğu evini 2022-ci ildə satırsa, ödəmə mənbəyində vergiyə cəlb olunmur.

Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, fiziki şəxsin güzəşt tətbiq edilən qeydiyyatda olma müddəti 5 ildən 3 ilə endirilib.

Misal 2: Vətəndaş 2019-cu ilin noyabr ayından qeydiyyatda olduğu evi 2022-cü ilin mart ayında satırsa, ödəmə mənbəyində vergiyə cəlb olunmur. Çünki Vergi Məcəlləsində “təqvim ili” dedikdə 01 yanvar -31 dekabr tarixi əsas götürülür. Bu halda 3 təqvim ili (2019-cu, 2020-ci və 2021-ci illər) başa çatdığı üçün vergi ödəyicisinə güzəşt tətbiq edilir.

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əlavə edilən 218-1.1.5.3-cü maddəyə əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadrat metrədək olan hissəsinə güzəşt tətbiq edilir.

Misal 3: Vətəndaş 2 il qeydiyyatda olduğu 85 kvadrat metrlik evi satarsa, 30 kvadratmetr sahəyə görə vergi hesablanmayacaq və 55 kvadrat metrə (85-30) vergi hesablanacaq.

Misal 4: Vətəndaş 2015-ci ildə aldığı 5 sot (500 kvadratmetrlik) torpaq sahəsini 2022-ci ildə satırsa, ödəmə mənbəyində vergiyə cəlb olunacaq. Çinki 3 il qeydiyyat şərti torpaq sahəsinə münasibətdə tətbiq edilmir.

Misal 5: Vətəndaş 2013-cü ildə aldığı 300 kvadratmetrlik qeyri-yaşayış sahəsini 2022-ci ildə satırsa, o zaman ödəmə mənbəyində vergiyə cəlb olunacaq. Çünki 3 il qeydiyyat tələbi qeyri-yaşayış sahəsinə münasibətdə tətbiq edilmir. Həmçinin, yaşayış sahəsinə tətbiq edilən 30 kvadratmetrlik vergi güzəşti qeyri-yaşayış sahəsinə aid olunmur.

Notariusların vergi tutduğu müqavilələrə mirasın ailə üzvlərinin adına rəsmiləşdirilməsi aid edilmir.

“Ailə üzvləri” anlayışı Vergi Məcəlləsinin 13-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 13.2.7-ci maddəsinə əsasən, vergi ödəyicisinin ailə üzvləri aşağıdakılardır:

- ər-arvadlar;

- valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr;

- vərəsələr;

- doğma (ögey) bacılar (qardaşlar):

- bacı və qardaş övladları,

- ər-arvadların bacıları, qardaşları və valideynləri,

- bacıların ərləri və qardaşların arvadları,

- valideynlərin bacıları (qardaşları),

- qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.

Təcrübədə rast gəlinən və mübahisə yaradan məsələlərdən biri eltilərin (qardaş arvadlarının) bir-birinə əmlak təqdim etməsi halında notariuslar tərəfindən ödəmə mənbəyində vergiyə cəlb edilməsidir.

Misal 6: Boyük qardaşın arvadı evlilik dövründə alınan yaşayış sahəsini kiçik qardaşın arvadına - eltisinə təqdim edir. Bu zaman notarius ümumi qaydada vergiyə cəlbetmə həyata keçirir və güzəşt tətbiq olunmur.

Misal 7: Böyük qardaş yaşayış sahəsini kiçik qardaşının arvadına təqdim edirsə, bu əməliyyat artıq ailə üzvləri arasında təqdimetmə hesab olunur.

“Torpaqların dövlət “ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxslərə ödənilən kompensasiya xarakterli ödənişlərdən notaries vergi tutmur.

Məsələn, “Sovetski” ərazisində yaşayan vətəndaşın torpağını alarkən alğı-satqı müqaviləsi bağlanan zamanı ödəmə mənbəyində vergi tutulmur.

Torpaq, yaşayış və ya qeyri-yaşayış sahələri ər və arvad arasında və ya keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə də notarius vergi tutmur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Deputatdan gəlir vergisi ilə bağlı təklif
    Deputatdan gəlir vergisi ilə bağlı təklif
    12-noy-2025 | Bloq
  • Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    12-noy-2025 | Bloq
  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq
  • Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    06-noy-2025 | Bloq
  • İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    06-noy-2025 | Bloq
  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech