logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

DƏMX və DVX istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmamasına görə nə qədər cərimə tətbiq edilir?

  • Bloq
  • 06-iyn-2023, 11:34
  • 196
DƏMX və DVX istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmamasına görə  nə qədər cərimə tətbiq edilir?
Dövlət Əmək Müfəttişliyi Xidməti işçinin əmək müqaviləsinə xitam verilən zaman istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmamasına görə cərimə tətbiq edir. İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Mİsal 2. Dövlət Əmək Müfəttişliyinin keçirdiyi yoxlama zamanı “A” MMC-nin 3 işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödəməməsi faktı müəyyən edilib. Bu halda işəgötürənə üç işçinin hər birinə görə ayrıca cərimə tətbiq olunmayacaq, ümumi bir cərimə tətbiq olunması haqqında qərar veriləcək.

Vergi orqanlarının vergi nəzarəti tədbirləri zamanı işdən azad olunan işçiyə istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın hesablanmamasına rast gəlinərsə, aşağıdakı tədbirlər həyata keçirilir:

- Kompensasiya məbləği üzrə gəlir vergisi, sosial ayırma və işsizlikdən sığorta məbləğinin hesablanmasını təmin edir;

- Azaldılmış vergi, sosial ayırma və işsizlikdən sığorta məbləğinə görə 50 faiz maliyyə sanksiyası tətbiq edir;

- Hesablama zamanı ödəyicinin borcu yaranarsa, gecikdirilmiş hər günə görə 0,1 faiz penya hesablanır.

Mİsal. Vergi orqanının yoxlaması zamanı məlum olub ki, neft-qaz sektoruna aid şirkətdə işçilərə 30 000 manatlıq istifadə edilməyən məzuniyyətə görə kompensasiya hesablanmayıb. Bu halda həmin məbləğdən hər biri işçiyə görə dövrlər üzrə gəlir vergisi, sosial ayırması və işsizlikdən sığorta məbləği müəyyən edilir. Fərz edək ki, istifadə edilməyən məzuniyyətə görə 5000 manat gəlir vergisi, 6 600 manatlıq sosial ayırma və 300 manatlıq işsizlikdən sığorta məbləği hesablanmalıdır. Bu zaman həmin məbləğlər hesablanaraq vergi ödəyicisinin şəxsi hesabına işlənilməklə yanaşı, hər bir azadılmış icbari ödəniş üzrə 50 faiz maliyyə sanksiyası tətbiq edildiyindən gəlir vergisi, sosial ayırma və işsizlikdən sığorta məbləği üzrə müvafiq olaraq, 2 500 manat, 3 300 manat və 150 manat maliyyə sanksiyası da şəxsi hesaba işlənilir.

Həmçinin də gecikdirilən hər məbləğ üzrə bir il müddətdən çox olmamaqla 0,1 faiz penya hesablanır.

Qeyd edilən cərimələr kifayət qədər yüksək olduğu üçün, işəgötürənlərə əmək müqaviləsinə xitam verilən zaman istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmasında diqqətli olmalarını tövsiyə edirik.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    11-mar-2026 | Bloq
  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq
  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech