logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək məzuniyyəti dövründə əmək qabiliyyətini itirən işçinin xəstəlik vərəqəsi qəbul edilirmi?

  • Bloq
  • 19-iyn-2023, 10:51
  • 145
Əmək məzuniyyəti dövründə əmək qabiliyyətini itirən işçinin xəstəlik vərəqəsi qəbul edilirmi?
Təcrübədə rast gəlinən halların biri də, işçinin əmək məzuniyyəti dövründə əmək qabiliyyətini itirməsidir. Bu məsələ ilə bağlı iki fərqli fikir mövcuddur. Bir qrup mütəxəssis hesab edir ki, işçi məzuniyyət dövründə əmək qabiliyyətini itirərsə, mütləq əmək məzuniyyətinin müddəti həmin dövr qədər uzadılmalıdır. Çünki işçi həmin dövrdə məzuniyyət hüququndan istifadə edə bilməyib.
İkinci qrup mütəxəssis isə belə hesab edir ki, işçinin məzuniyyət dövründə əmək qabiliyyətini itirməsi işçinin əmək funksiyasının həyata keçirmədiyi dövrdə baş verdiyi üçün, işəgötürən əmək məzuniyyətinin vaxtının uzadılması məsələsində məcburi yox, könüllü qərar verir.
Məsələ ilə bağlı Mks.az saytının sualına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin verdiyi rəsmi cavab məktubunu təqdim edirik: “Bildiririk ki, işçinin növbəti məzuniyyət (əsas və əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Dövlət Sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 15 sentyabr 1998-ci il tarixli, 189 saylı Qərarının 12-ci maddəsinə uyğun olaraq təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən hesablanaraq ödənilir. Bu zaman işçinin istifadə etmədiyi məzuniyyəti xəstəlik vərəqəsində göstərilən müddət qədər Əmək Məcəlləsinin 134-cü maddəsinin tələblərinə müvafiq olaraq işçinin təşəbbüsü ilə başqa vaxta keçirilə bilər”.
Qaydalar və Əmək Məcəlləsindən belə aydın olur ki, əmək məzuniyyəti zamanı əmək qabiliyyətinin itirilməsinə görə müavinət birmənalı olaraq ödənilməlidir. Həmin dövr qədər məzuniyyət müddətinin uzadıılması və ya başqa tarixə keçirilməsi isə artıq işçi və işəgötürən arasındakı razılaşmaya uyğun həyata keçirir.
Mİsal “A” MMC-nin işçisi 21 yanvar 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixə kimi əmək məzuniyyətinə çıxıb. İşçi 25 yanvar 2022-ci il tarixdə əmək qabiliyyətini 14 günlük itirib. İşçi 1 fevral 2022-ci il tarixdə işə gələrək sənəd təqdim edir ki, 1əmək qabiliyyətini 14 günlük itirdiyinə görə 11 fevral 2022-ci il tarixdə yox, 25 fevral 2022-ci il tarixdə işə çıxa bilər. Beləliklə, işçi əmək qabiliyyətini itirdiyinə görə istifadə etmədiyi 14 günlük məzuniyyətdən həm tarixlərdə faydalanacaq.
Misalımızın davamına baxaq. Əgər işçi əmək qabiliyyətini 5 fevral 2022-ci il tarixdə 10 günlük itirsə, bu halda işə başlama tarixi 11 fevral 2022-ci il olmayacaq. İşəgötürən xəstəlik vərəqəsi təqdim edən işçinin sağalmasını gözləməyə borcludur.
Maraqlıdır, hansı məzuniyyət dövrü üçün işçiyə əmək qabiliyyətini itirməsinə görə ödəniş olunmur.
İşçiyə bütün məzuniyyət dövlərində əmək qabiliyyətini itirməsinə görə müavinət hesablanılmır. Əsasnamədə konkret qeyd edilir ki, əmək haqqı saxlanılmadan verilən və ya uşağa qulluq etməkdən ötrü təqdim edilən məzuniyyətlər zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək haqqı saxlanılmadan məzuniyyətdən və yaxud uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir.
Mİsal. 3 yaşa qədər uşağa qulluq etmək üçün analıq məzuniyyətinə çıxan işçi həmin dövrdə 20 günlük əmək qabiliyyətini itirir. Bu zaman həmin işçi xəstəlik vərəqəsi təqdim etsə belə, işəgötürən ona müavinət hesablamayacaq.
Misalın davamı olaraq hesab edək ki, işçi sosial məzuniyyətdən 15 fevral 2022-ci ildə qayıtmalıdır. Əgər işçi 13 fevral 2022-ci ildən 20 günlük əmək qabiliyyətini itirərəsə, bu halda 15 fevral 2022-ci ildən sonraki 18 təqvim günə düşən iş günləri üçün müavinət hesablanmalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fermerlərə ayrılan güzəştli kreditlərin miqdarı sürətlə yüksəlib
    Fermerlərə ayrılan güzəştli kreditlərin miqdarı sürətlə yüksəlib
    15-sen-2025 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    15-sen-2025 | Bloq
  • Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    12-sen-2025 | Bloq
  • İşçilərin attestasiya edilməsi qaydaları
    İşçilərin attestasiya edilməsi qaydaları
    12-sen-2025 | Bloq
  • Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    11-sen-2025 | Bloq
  • Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    11-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    10-sen-2025 | Bloq
  • Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    10-sen-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    09-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]