logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək kitabçasının “İş haqqında məlumat” bölməsinin doldurulmasında nəzərə alınacaq məqamlar

  • Bloq
  • 05-iyl-2023, 11:37
  • 115
Əmək kitabçasının “İş haqqında məlumat” bölməsinin doldurulmasında nəzərə alınacaq məqamlar
Əmək kitabçasının 3-cü bölməsi “İş haqqında məlumat” adlanır və 4 hissədən ibarətdir. Dörd halda işəgötürən əmək kitabçasının 3-cü bölməsinə müvafiq yazılış aparmağa borcludur:

- İşçinin əsas iş yerində işə götürülməsi;

- Əsas iş yerində bir işdən başqa işə keçirilməsi;

- Əvəzçilik üzrə məlumatların (işə qəbul və işdən azad olunma) əks etdirilməsi;

- Əsas iş yerində işdən azad edilməsi.

Bu halların hər birini ayrılıqda, nümunələr üzərində nəzərdən keçirəcəyik. İşçinin işə qəbulu ilə bağlı əmək kitabçasına yazılışa keçməzdən əvvəl bəzi vacib məsələləri xatırladırıq:

Əmək kitabçası diyircəkli və ya mürəkkəb qələmlə doldurulur;
Sənədi yalnız mavi, qara və ya bənövşəyi rəngdə yazan qələmlə doldurmaq olar. Başqa rəngli qələmlə yazılış aparmaq qadağandır. Bu tələb sırf praktiki əhəmiyyətə malikdir, əmək kitabçasına edilmiş yazılışların işığın və rütubətin təsirindən itməməsi üçündür;
Əmək kitabçasına qısaldılmış yazılış aparmağa yol verilmir. Məsələn, Əhmədova N.M. yox, Əhmədova Nazimə Mirzə qızı
Əmək kitabçasında gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır;
Qeydlər mümkün qədər aydın, konkret və səliqəli yazılmalıdır ki, asan oxunsun;
titul vərəqəsinə edilmiş düzəlişdən fərqli olaraq daxili səhifədə düzəliş edəndə səhv yazılışın üzərindən xətt çəkməyə icazə verilmir. Bu barədə bölmənin növbəti səhifələrində nümunələr təqdim edəcəyik.
İndi isə işçinin işə qəbulu ilə bağlı əmək kitabçasına edilən yazılışa baxaq. Əmək kitabçasının tərtibi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarında yazılır ki, “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Çox təəssüf ki, praktikada qanunvericiliyin bu tələbinə əməl olunmur, işəgötürənin adı ayrıca sətirdə yazılmır, əsasən iki cümlədən ibarət qeydin içində olur.

İşəgötürənin adının ayıca sətirdə başlıq kimi yazılmasının ən böyük üstünlüyü odur ki, işçinin əmək kitabçasına baxanda, çətinlik çəkmədən onun hansı tarixlərdə, hansı təşkilatlarda işləməsini müəyyən etmək mümkün olsun. Bu halda işçi müəssisə daxilində başqa işə keçiriləndə, işdən azad olunanda təşkilatın adını təkrar qeyd etməyə ehtiyac qalmır.

Qaydaya görə, bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin işə qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. 4-cü qrafada isə qeydin əsaslandığı sənədin (әmrin, əmək müqaviləsinin rekvizitlәri) adı, tarixi, nömrəsi yazılmalıdır. Praktikada 4-cü qrafada sözlərin sıralanması bu şəkildə yazılır: Əmr №__, 10.12.2001. Bu yolverilən olsa da, biz aşağıdakı nümunədə Azərbaycan dilinin qrammatikasına uyğun formada sıralanma təqdim etmişik.

Hesab edək ki, işçi “Alov” MMC-də satış şöbəsinə satış üzrə menecer vəzifəsinə təyin olunub. Bu halda əmək kitabçasına necə yazılış aparılmasına nümunə üzərində baxaq…

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    11-mar-2026 | Bloq
  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq
  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech