logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

18 yaşına çatmamış vətəndaşların hüquq və təminatları

  • Bloq
  • 10-iyl-2023, 09:50
  • 102
18 yaşına çatmamış vətəndaşların hüquq və təminatları
Mülki qanunvericiliyə əsasən, 18 yaş ölkə üzrə yetkinlik yaşına çatma yaşı hesab edilir. 7 yaşınadək şəxslər fəaliyyət qabiliyyətsiz, 7-18 yaşınadək şəxslər məhdud fəaliyyət qabiliyyətli şəxslər hesab edilir. Həmçinin, 7-14 yaşınadək şəxslərin xırda məişət əqdləri, 14-18 yaşınadək şəxslərin isə öz gəlirləri üzərində sərəncam vermə ilə bağlı əqdləri bağlamaq hüququ vardır.

Əmək qanunvericiliyinə görə, 15 yaşına çatmış şəxslər əmək qabiliyyətli hesab edilir və valideynlərin razılığı ilə əməklə məşğul ola bilər. 16 yaşına çatmış şəxs isə dövlət qulluğuna qəbul edilə bilər.
Əmək qanunvericiliyindən irəli gələrək 15-16 yaşınadək şəxslər həftə ərzində 24, 16-18 yaşınadək şəxslər isə 36 saatdan artıq əmək fəaliyyətinə cəlb edilə bilməz. 15-16 yaşınadək şəxslərə illik 42, 16-18 yaşınadək şəxslərə isə 35 gündən az olmayaraq əmək məzuniyyəti hüququ verilir.

Əlilliyi olan şəxslərə pensiya təminatı zamanı 15 yaşın tamam olması və hər əmək qabiliyyətli il üçün 4 aylıq əmək stajı tələb edilir.

16 yaşına çatmış şəxslərin kooperativ üzvü olmaq hüququ var.

Cinayət qanunvericiliyinə görə, 16 yaşına çatmış şəxs cinayət məsuliyyətinə cəlb edilir. 14 yaşına çatmış şəxs isə yalnız bəzi cinayətlərə, xüsusilə də qəsdən yerinə yetirilən cinayətlərə görə məsuliyyətə cəlb edilir. Bununla yanaşı, həmin şəxslərə cəza təyin edilərkən həm yaş həddinə görə yüngülləşdirici hal nəzərə alınır, həm də cəzalara və azadlıqdan məhrumetmə müəssisələrinə münasibətdə daha yüngül mexanizmlər tətbiq edilir ki, həmin şəxslərin islah edilərək yenidən cəmiyyətə qazandırılması mümkün olsun.

İnzibati xəta törədilərkən 16 yaşı tamam olmuş şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilir. Bu tənbeh tədbirləri sırasında şəxsin azadlığını məhdudlaşdıran inzibati həbs tədbiri də mövcuddur ki, həmin tənbeh növü 3 gündən 3 ayadək müəyyən edilə bilər. 18 yaşına çatmamış şəxslərə isə bu tənbeh növü tətbiq edilmir.

Nəqliyyat vasitələri ilə bağlı qeydiyyat tələblərinə görə bu vasitələr 18 yaşına çatmış, moped və motosikletlər isə 16 yaşına çatmış şəxslərin adına qeydiyyata alınır.

Sürücülər üçün tələblərə görə, velosipedi idarəetmə hüququ 14, mopedi 16, A, B və C kateqoriya nəqliyyat vasitələrini idarəetmə hüququ isə 18 yaşdan əmələ gəlir.

Şəxsiyyət vəsiqəsi isə 15 yaşadək şəxslər üçün valideynlərin razılığı ilə, 15 yaşdan isə məcburi şəkildə alınmalıdır.

18 yaşına çatmış və sağlam şəxslərin konstitusion vəzifəsi kimi vətəni müdafiə etməsi mütləqdir.

18 yaşa çatmış şəxsin nikah hüququ yaranır. Bu hüquq istisna hallarda 1 yaş azaldıla bilər və bu halda qəyyumluq orqanının razılığı tələb olunur.

Ailə qanunvericiliyinə görə, 18 yaşınadək uşağı olan valideynlər birgə nikah dövründə və ya nikah pozulduqdan sonra uşaqlarının saxlanmasında iştirak etməli və onların tərbiyəsinə görə cavabdehlik daşımalıdırlar.

Deliktlə bağlı mülki qanunvericiliyə görə 14 yaşınadək şəxslərin vurduğu zərərə görə valideynlər, 14-18 yaşınadək şəxslərin zərərlərinə görə isə həmin şəxslərin özləri cavabdehlik daşıyırlar. Bir şərtlə ki, 14-18 yaşınadək şəxslərin zərəri ödəmək imkanı olsun. Əks halda valideynlər zərərin onların təqsirindən baş vermədiyini sübuta yetirməsələr, özləri zərəri ödəmək öhdəliyi daşıyacaq.

Gənclər siyasəti barədə qanunvericiliyə əsasən, 14-29 yaşınadək şəxslər və 35 yaşınadək nikaha girmiş şəxslər müvafiq olaraq gənc və gənc ailə statusu əldə edir.

Dövlət ipotekası şərtlərinə əsasən, İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən güzəştli ipoteka gənc ailənin üzvü statuslu müəyyən kateqoriya şəxslərə verilir.

18 yaşına çatma ilə bağlı onu da qeyd etmək mümkündür ki, bu yaşa çatmış şəxs aktiv və passiv seçki hüququ əldə edir. Daha dəqiq desək, seçkilərdə səsvermə hüququ ilə yanaşı, bələdiyyə üzvlüyünə dair seçilmək hüququna da malikdir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fermerlərə ayrılan güzəştli kreditlərin miqdarı sürətlə yüksəlib
    Fermerlərə ayrılan güzəştli kreditlərin miqdarı sürətlə yüksəlib
    15-sen-2025 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    15-sen-2025 | Bloq
  • Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    12-sen-2025 | Bloq
  • İşçilərin attestasiya edilməsi qaydaları
    İşçilərin attestasiya edilməsi qaydaları
    12-sen-2025 | Bloq
  • Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    11-sen-2025 | Bloq
  • Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    11-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    10-sen-2025 | Bloq
  • Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    10-sen-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    09-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]