logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi ödəyicisi malın (işin, xidmətin) dəyərini səhvən ƏDV depozit hesabına ödəyərsə, proses necə tənzimlənir?

  • Bloq
  • 18-iyl-2023, 12:13
  • 168
Vergi ödəyicisi malın (işin, xidmətin) dəyərini səhvən ƏDV depozit hesabına ödəyərsə, proses necə tənzimlənir?
Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Təcrübədə rast gəlinən hallarda biri də vergi ödəyicisinin ƏDV məbləği ilə birlikdə ödəməni də ƏDV depozit hesabına həyata keçirməsidir.
Misal. Vergi ödəyicisi tikinti materiallarının dəyərinin ödənilməsi üçün qarşı tərəfə 118 000 manat (ƏDV daxil) ödəniş həyata keçirib. Vergi ödəyicisi bank və ya depozit hesabından 18 000 manatlıq ƏDV məbləğini depozit hesabına ödəyərkən səhv edib, 100 000 manatlıq əməliyyat məbləğini də bank hesabına yox, ƏDV depozit hesabına köçürüb. Nəticədə, vergi ödəyicisi tərəfindən qarşı tərəfin depozit hesabına 18 000 manat əvəzinə, 118 000 manat vəsait ödənilib.
Vergi ödəyicisi texniki problemin aradan qaldırılması üçün öncə ona xidmət göstərən banka məlumat verməlidir. Çünki mümkündür ki, bank həmin məbləğin köcürülməsi zamanı yaranmış texniki səhvi ödənişdən öncə aşkara çıxarıb, aradan qaldırmaqla vəsaitin geri ödənilməsini təmin etsin.
Ancaq vəsait tam məbləğdə qarşı vergi ödəyicisinin ƏDV depozit hesabına köçürülmüşsə, bu halda məsələ mürəkkəbləşir. Depozit hesabına həm əsas, həm də ƏDV məbləğinin köçürülməsi hər iki vergi ödəyicisi üçün əlavə problemlər yarada bilər.
Birincisi, ƏDV deposit hesabına gözlənildiyindən xeyli yüksək məbləğdə vəsaitin daxil olması səbəbindən vergi orqanı tərəfindən kameral uyğunsuzluq məktubunun göndərilməsi mümkündür. Vergi orqanı vergi ödəyicisindən depozit hesabına daxil olan vəsaitin dövlət büdcəsinə bəyan edilməsini tələb edə bilər.
İkincisi, göndərdiyi mal müqabilində alacağı əsas məbləği ƏDV depozit hesabına mədaxil olunan vergi ödəyicisi həmin vəsaitə sərəncam vermək hüququna malik olmadığı üçün onu malların (işlərin, xidmətlərin) ödənilməsinə cəlb edə bilmir.
Vergi ödəyicisinin ƏDV depozit hesabından qarşı tərəfin bank hesabına ödəniş etmək hüququ olmadığı üçün vəsaitin ancaq ƏDV depozit hesabına qaytarılması mümkündür. Bu səbəbdən də, uyğun variant odur ki, satıcı vergi ödəyicisi ƏDV depozit hesabına daxil olan vəsaitin əsas məbləğ hissəsinin – 100 000 manatın – qarşı tərəfin ƏDV depozit hesabına qaytarılmasını təmin etsin.
Yaxşı olar ki, ödənişi səhv həyata keçirən vergi ödəyicisi, vəsait depozit hesabına geri qayıtdıqdan sonra malların əməliyyat dəyərini (100 000 manatı) öz hesablaşma hesabından qarşı tərəfin bank hesabına köçürsün, çünki bu, onun müqavilə öhdəliyidir.
Prosesdən göründüyü kimi, texniki səhv olaraq əsas məbləğin ƏDV depozit hesabına ödənilməsi necə ciddi problemlərə yol açır. O səbəbdən də mühasib həmkarlarımıza ƏDV depozit hesabına ödənişi həyata keçirdikdə diqqətli olmağı tövsiyə edirik.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    11-mar-2026 | Bloq
  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq
  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech