logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Müddətli əmək müqaviləsində 5 il tələbi necə tənzimlənir?

  • Bloq
  • 18-iyl-2023, 12:18
  • 172
Müddətli əmək müqaviləsində 5 il tələbi necə tənzimlənir?
Məsələ ilə bağl ikinci məqam odur ki, müddətli əmək müqaviləsi Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla bağlanır.
Əmək Məcəlləsinin 47-ci maddəsi haqqında növbəti səhifələrdə məlumat verilib. Misal üçün, işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi və ya təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi zamanı müddətli əmək müqaviləsi imzalanmasına icazə verilir.
Mİsal. İşəgötürən Şuşa şəhərində inzibati binanın tikilməsi ilə bağlı tenderin qalibi olub. Tenderin şərtlərinə əsasən, inzibati binanın tikintisi 3 ilə başa çatacaq. Bu halda işəgötürən həmin layihədə çalışan işçilərlə müddətli əmək müqaviləsi imzalaya bilər.
Müddətli əmək müqaviləsinin maksimum müddətinə gəlincə isə, Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Mİsal 1. İşəgötürən 2016-ci ilin yanvar ayında işçini 1 illik müddətə işə qəbul edir. İşəgötürən hər il müqavilənin müddətini 1 il artırıb. Artıq 2021-ci ilin yanvar ayından əmək müqaviləsinin müddətinin daha bir il artırılmasına icazə verilmir. Çünki əmək müqaviləsinin müddəti beş ili ötdükdən sonra müddətsiz hesab olunmalıdır.
Mİsal 2. Tikinti sektorunda fəaliyyət göstərən işəgötürən işçi ilə 2 illik müddətli əmək müqaviləsi bağlayıb. İşəgötürən əmək müqaviləsinə xitam verdikdən 6 ay sonra, yenidən həmin şəxslə 4 illik müddətli əmək müqaviləsi imzalayır. Misaldan göründüyü kimi, işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinin cəmi müddəti 6 il olub, amma hər iki müqavilə müddətlidir. İşçinin əmək müqaviləsinin müddəti 6 il olduğu üçün müddətsiz hesab olunmalıdır?
Göründüyü kimi, işçinin iki müqaviləsi arasında 6 aylıq fasilə olub. O səbəbdən də, Məcəllədə nəzərdə tutulan 5 illik müddət fasiləsiz davamiyyət tələb etdiyindən misalımıza uyğun olaraq 4 illik müddətli müqaviləsinin imzalanmasında hər hansı qanun pozuntusu yoxdur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    11-mar-2026 | Bloq
  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq
  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech