logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Məzuniyyət haqqı müxtəlif aylara düşdükdə gəlir vergisinə necə cəlb edilir?

  • Bloq
  • 03-avq-2023, 10:42
  • 115
Məzuniyyət haqqı müxtəlif aylara düşdükdə gəlir vergisinə necə cəlb edilir?
Misal: Tutaq ki, işçi 26 iyun - 5 avqust tarixlərində 40 günlük əmək məzuniyyəti hüququndan istifadə edib. Fərz edək ki, işçinin əməkhaqqı məbləği 800 manatdır, 40 günlük məzuniyyət üçün məzuniyyət haqqı isə 1200 manatdır. İşçiyə iyun ayı üzrə 700 manat əməkhaqqı, 130 manat məzuniyyət haqqı, iyul ayı üzrə 910 manat məzuniyyət haqqı, avqust ayı üzrə isə 160 manat məzuniyyət haqqı və 700 manat əməkhaqqı hesablanıb. Məzuniyyət haqqı məzuniyyətə çıxmamışdan öncə və birdəfəlik ödənildiyi üçün gəlir vergisinə cəlb edilmə hansı şəkildə olmalıdır?

Bu zaman hesablanmış məzuniyyət haqqından ayrı-ayrılıqda gəlir vergisi tutulmalıdır. Yəni, iyun ayında məzuniyyətə çıxmış işçinin aylıq gəliri, iyun, iyul, avqust ayları üçün ayrı-ayrılıqda müəyyən edilərək hər bir ay üçün hesablanmış əməkhaqqı məbləği ilə cəmlənərək gəlir vergisi ayrı-ayrılıqda tutulmalıdır.

Daha dəqiq desək, işçinin məzuniyyət günləri üçün hesablanmış məzuniyyət haqqı məbləğindən məzuniyyət günlərinin aid olduğu təqvim aylarına uyğun həmin ayların əməkhaqqı məbləği ilə birgə son haqq-hesab zamanı isə son ilin istifadə edilməmiş məzuniyyəti ilə işlədiyi son ayın əməkhaqqı məbləği, əvvəlki illərin istifadə edilməmiş məzuniyyət günləri üçün hər bir məzuniyyət ili üzrə ayrı-ayrılıqda vergiyə cəlb edilməlidir.

Misalımıza əsasən davam edək. İyun ayında işçi 700 manat əməkhaqqı və 130 manat məzuniyyət haqqı şəklində cəmi 830 manat, iyul ayında 910 manat, avqust ayında da müvafiq olaraq 160 manat məzuniyyət haqqı, 700 manat isə əməkhaqqı olmaqla 860 manat işçinin ümumi gəliri olub. Bu halda, işçinin aylar üzrə vergiyə cəlb edilən gəliri iyun, iyul, avqust ayları üzrə müvafiq olaraq 830, 910, 860 manat olacaq. Başqa sözlə, məzuniyyət haqqı işçinin məzuniyyətə çıxmasından əvvəl köçürülsə də, aylar üzrə vergiyə cəlb ediləcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech