logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Texnologiyalar parkının rezidenti əməkhaqqından tutulmaları necə hesablayır?

  • Bloq
  • 07-avq-2023, 10:57
  • 133
Texnologiyalar parkının rezidenti əməkhaqqından tutulmaları necə hesablayır?
2023-cü il yanvarın 1-dən etibarən texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən gəlirlərindən gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının hesablanmasında yeni metodlar tətbiq edilir. Bununla bağlı müəssisəmizin texnologiyalar parkının rezidentlik şəhadətnaməsi alması ərəfəsində olduğunu nəzərə alaraq yuxarıda qeyd edilən dəyişikliklərlə bağlı əməkhaqqından tutulmalara aid aşağıda qeyd etdiyimiz suala Dövlət Vergi Xidmətinin yanaşmasını bildirməyinizi xahiş edirik:

Misal: Neft-qaz sektorunda fəaliyyətdə olan şirkətdə əməkdaşın muzdlu işdən aylıq gəliri 9.000 manat, həyatın yığım sığortası müqaviləsi isə aylıq 3.660 manat təşkil edir. Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə uyğun olaraq həyatın yığım sığortası üzrə işçinin aylıq əməkhaqqından 3.000 manat çıxılır və sığorta şirkətinə ödənilir. Bu halda, hesablama aşağıdakı kimidir:

Gəlir vergisi: - ((9000 – 3000 - 2500) x 25%) + 350 = 1225 manat;

Sığortaedənin vəsaiti hesabına ödənilən MDSS: - (9000 - 3000) x 3% = 180 manat;

Sığortaolunanın gəlirlərindən tutulan MDSS: - (9000 - 3000) x 22%=1320 manat.

Həyatın yığım sığortasına köçürülən məbləğ: - 3000 + 3000 x 22% = 3660 manat. Texnologiyalar parkının rezidenti statusu aldıqdan sonra hesablama necə aparılacaq?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları gəlir vergisindən azaddır.

Eyni zamanda, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqına cəlb edilmir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, muzdlu işdən əldə edilmiş aylıq gəlirin 8000 manatadək olan hissəsi 0 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilir, qalan vergiyə cəlb olunan digər məbləğdən isə həyatın yığım sığortasına ayrılan məbləğ çıxıldıqdan sonra qalan məbləğdən 5 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Eyni zamanda, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə məcburi dövlət sosial sığorta haqqından azadolma sığortaolunanın gəlirlərinə münasibətdə tətbiq edildiyindən və fiziki şəxslər Qanunun 14.8-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etdiyi təqdirdə, məcburi dövlət sosial sığorta haqqı sabit məbləğdən, yəni minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından hesablandığından, Qanunun 14.8-ci maddəsi tətbiq edildikdə fiziki şəxslərin həyatın yığım sığortası üzrə nəzərdə tutulan sığorta haqqından azadolma hüququ yaranmır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi.

subscribe telegram channel

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech