logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Məzuniyyətdə olan işçinin öz ərizəsilə işdən çıxarılması necə həyata keçirilməlidir?

  • Bloq
  • 15-avq-2023, 09:51
  • 102
Məzuniyyətdə olan işçinin öz ərizəsilə işdən çıxarılması necə həyata keçirilməlidir?
Həmkarlarımızı maraqlandıran məsələlərdən biri də, məzuniyyətdə olan işçinin işdənçıxma ərizəsini yazmasıdır. Çünki əmək qanunvericiliyi məzuniyyətdə olan işçinin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsini, intizam tənbehi elan edilməsini və s. halları qadağan edir.
Əmək Məcəlləsində məzuniyyətdə olan işçinin tərəflərin hüquq və vəzifələrindən irəli gələn hər hansı məsələ ilə əlaqədar müraciətini qadağan edən norma müəyyən olunmayıb. Məzuniyyətdə olan işçi ilə əmək münasibətləri davam etmiş sayılır və o Əmək Məcəlləsinin 9-12-ci maddələrində müəyyən edilmiş tərəflərin hüquq və vəzifələri ilə bağlı məsələlərlə əlaqədar (o cümlədən, əmək müqaviləsinə xitam verilməsi) ərizə ilə işəgötürənə müraciət etmək hüququna malikdir.
Mİsal 1. İşçi 1 fevral 2021-ci il tarixində 14 günlük məzuniyyətə çıxıb və 8 fevral 2022-ci il tarixdə isə işəgötürənə müraciət edir ki, 10 mart 2022-ci il tarixdən onu işdən azad etsin. İşçi məzuniyyətdə olmasına baxmayaraq, işəgötürən onun göndərdiyi ərizəni hüquqi qüvvəsi olduğundan qəbul etməlidir.
Mİsal 2. İşçi məzuniyyətdə olduğu zaman ərizə ilə müraciət edərək 15 gündən sonra işdən çıxmaq istədiyini bildirir. İşəgötürən işçinin həmin tarixdə işdən azad olunmasına etiraz etməsə də, işçini məzuniyyətdə olduğu tarixdə işdən azad edə bilməz. Bu halda işçinin əmək müqaviləsinə xitam verilməsi üçün onun məzuniyyətdən geri qayıtmasını gözləməli və ya tərəflərin razılığı ilə işçinin məzuniyyətdən geri çağırılmasını təmin etməlidir. Çünki Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin işdən çıxdığı gün iş günü hesab edildiyi üçün, məzuniyyətdə olan işçinin əmək müqaviləsinə xitam verilməsi üçün onun işdə olması zəruridir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech