logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Elektron ticarət vasitəsilə xaricdən alınan mallara görə ƏDV tutulurmu?

  • Bloq
  • 17-avq-2023, 11:52
  • 48
Elektron ticarət vasitəsilə xaricdən alınan mallara görə ƏDV tutulurmu?
Newegg" onlayn satış platformasından bank kartı vasitəsilə 189.99 ABŞ dolları (384,48 manat) məbləğinə "GIGABYTE X570S AORUS ELITE AX" model kompüter üçün ana platası sifariş edilib. Bu zaman ana platanın dəyərindən əlavə bank kartından 58,65 manat məbləğində ƏDV vergisi tutulub. Bunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 169.3-cü maddəsinin 3-cü abzasına zidd olduğunu hesab edirəm. Çünki sifariş etdiyim ana plata həmin Məcəllənin 13.2.8-ci maddəsinin mənası baxımından maddi mənada mal anlayışına aiddir. Xahiş edirəm tutulmuş ƏDV-nin nəyə əsasən tutulması barədə məlumat verəsiniz.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən, elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

Qeyd olunanları nəzərə alaraq, hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    11-mar-2026 | Bloq
  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq
  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech