logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Topdansatış ticarətdə diqqət yetiriləsi 5 vacib məqam hansıdır?

  • Bloq
  • 18-avq-2023, 11:07
  • 86
Topdansatış ticarətdə diqqət yetiriləsi 5 vacib məqam hansıdır?
Vergi Məcəlləsinin 13.2.63 -cü maddəsi və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydası”na əsasən, topdansatış ticarət dedikdə, malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti başa düşülür.

Topdansatış ticarət fəaliyyətini pərakəndə ticarətdən fərqləndirən cəhətlər aşağıdakılardır:

1) Topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər.

Vergi Məcəlləsinin 218.5.9-cu maddəsi ilə bu fəaliyyətə belə bir məhdudiyyət qoyulub. Yəni dövriyyəsindən asılı olmayaraq topdansatış fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslər müvafiq olaraq mənfəət və ya gəlir vergisi ödəyicisidirlər.

Həmin fəaliyyət üzrə ardıcıl 12 aylıq dövriyyə 200 000 manatdan yuxarı olduğu halda vergi ödəyicisi məcburi ƏDV qeydiyyatına alınmalıdır.

Nəzərə alsaq ki, topdansatış fəaliyyəti üzrə dövriyyələr yüksəkdir, bu fəaliyətlə məşğul olan əksər vergi ödəyiciləri ƏDV ödəyicisi kimi fəaliyyət göstərirlər. Qeyd edək ki, 12 aylıq dövriyyə 200 000 manatdan aşağı olduğu halda da, topdansatış ticarət fəaliyyəti ilə məşğul olan şəxslər də könüllü ƏDV qeydiyyatına müraciət etmək imkanına malikdir.

Təbii ki, topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqları məhdudlaşdırıldığı üçün 12 aylıq dövriyyə 200 000 manatdan aşağı olduqda mənfəət və ya gəlir vergisi ödəyicisi olacaqlar. Sadəcə, dövriyyəyə görə ƏDV öhdəliyi məcburi olmayacaq.

2) Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi məhdud dövriyyəli topdansatış fəaliyyəti ilə məşğul ola bilər.

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əlavə edilən 218.6.1-ci maddəyə əsasən, bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Mİsal. Pərakəndə satışla məşğul olan fiziki və ya hüquqi şəxs vergi ödəyicisinin 2020-ci ilin 1-ci rübü ərzində təqdim etdiyi malların ümumi məbləği 40 000 manatdır. Vergi ödəyicisi rüb ərzində cəmi 15 000 manatlıq malı hüquqi və fiziki şəxslərə elektron qaimə-faktura vasitəsilə təqdim edib. Elektron qaimə-faktura ilə təqdim olunan malların xüsusi çəkisi 37,50 faiz manat ((15 000 manat/40 000) x 100 faiz) olduğu üçün vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir. O, artıq məcburi olaraq gəlir (mənfəət) vergi ödəyicisi kimi qeydiyyata alınmalıdır.

3) Topdansatış ticarət fəaliyyətində malların alıcıya satışı (təqdim edilməsi) sahibkarlıq fəaliyyəti məqsədləri üçündür.

Hər hansı vergi ödəyicisinin təqdim etdiyi mallar alıcının sahibkarlıq fəaliyyəti məqsədi üçün istifadə olunursa, bu topdansatış ticarət fəaliyyəti hesab olunur. Tərifdən göründüyü kimi bu fəaliyyət üzrə malların təqdim olunmasında say baxımından tələb yoxdur. Bu malların sayı 2 və ya 1 000 ədəd də ola bilər.

4) Əhaliyə malların satışı topdansatış ticarət anlamı verə bilməz.

Birincisi, əhali malları sahibkarlıq fəaliyəti üçün yox, son istehlak məqsədilə əldə edir, ikincisi isə topdansatış ticarət fəaliyyəti zamanı mallar yalnız elektron qaimə-faktura vasitəsilə təqdim olunmalıdır. Əhali vergi ödəyicisi olmadığı üçün onlara elektron qaimə-faktura göndərilə bilməz. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olan şəxs paralel olaraq pərakəndə ticarət fəaliyyəti ilə məşğul ola bilər. Amma qaydalara əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılmalıdır.

5) İstehsal fəaliyyəti ilə məşğul olan şəxslərin öz mallarını təqdim etməsi topdansatış ticarəti anlamına gəlmir. Vergi Məcəlləsinin 13.2.55-ci maddəsinə əsasən, istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi ticarət fəaliyyəti hesab olunmur.

Misal.Vergi ödəyicisi tum istehsalı ilə məşğul olur və malları topdansatış qaydasında vergi ödəyicilərinə təqdim edir. Vergi ödəyicisinin satış üsulu topdansatış olsa da, malları özü istehsal etdiyi üçün artıq onun fəaliyyəti topdanatış yox, istehsal sayılır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • 2026-cı ilin büdcəsinin gəlir və xərcləri açıqlandı
    2026-cı ilin büdcəsinin gəlir və xərcləri açıqlandı
    16-sen-2025 | Bloq
  • Nəqliyyat vasitəsinin alqı-satqısı hansı qaydada rəsmiləşdirilir?
    Nəqliyyat vasitəsinin alqı-satqısı hansı qaydada rəsmiləşdirilir?
    16-sen-2025 | Bloq
  • Fermerlərə ayrılan güzəştli kreditlərin miqdarı sürətlə yüksəlib
    Fermerlərə ayrılan güzəştli kreditlərin miqdarı sürətlə yüksəlib
    15-sen-2025 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    15-sen-2025 | Bloq
  • Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    12-sen-2025 | Bloq
  • İşçilərin attestasiya edilməsi qaydaları
    İşçilərin attestasiya edilməsi qaydaları
    12-sen-2025 | Bloq
  • Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    11-sen-2025 | Bloq
  • Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    11-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    10-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]