logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşəgötürən əmək müqavilələri və əmrləri neçə il saxlamalıdır?

  • Bloq
  • 23-avq-2023, 10:48
  • 83
İşəgötürən əmək müqavilələri və əmrləri neçə il saxlamalıdır?


Əmək Məcəlləsinin 86-cı, “Əmək müqavilələrinin və əmrlərin saxlanılmasının təmin edilməsi” maddəsinin birinci hissəsinə əsasən, işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir.

Maddədən göründüyü kimi, əmək qanunvericiliyində işçi ilə bağlı sənədlərin 5 il müddətində saxlanması tələbi müəyyənləşdirilib. Amma nəzərə alın ki, həmin müddət bitdikdən sonra işəgötürən həmin sənədləri məhv edə bilməz. Doğrudur, əmək müqaviləsi ilə bağlı məlumatların elektron təqdim olunması nəticəsində müvafiq qurumların işçinin gələcək pensiya təminatı ilə bağlı həmin göstəricilərdən istifadə etmək imkanı var. Amma “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstəriş”ə uyğun olaraq işçilərin şəxsi işlərinin, o cümlədən əmək müqavilələrinin saxlanma müddəti 75 ildir. Sənədlərin komplektləşdirilərək dövlət arxiv idarələrinə təhvil verilməsi və bu prosesin nümunəvi sənəd formalarının köməyi ilə rəsmiləşdirilməsi qaydası barədə digər nəşrimiz - “A-dan Z-yə Kargüzarlıq” kitabında ətraflı izahat verilib.

Təcrübədə rast gəldiyimiz hallardan biri də, işəgötürənin işçi ilə bağlı məlumatları səhv təqdim etməsidir.

Misal. İşəgötürənin 3 işçi üzrə əmək haqqı fondu 4 000 manat təşkil edir. Direktor, mühasib və satış işçisinin əmək haqlarının müvafiq olaraq 2000 manat, 1200 manat və 800 manat təşkil etməsinə baxmayaraq, işəgötürən sosial ayırma ilə bağlı dövlət qurumlarına təqdim etdiyi məlumatlarda səhvə yol verib. Belə ki, yekun əmək haqqı fondu 4 000 manat olmasına baxmayaraq, işçilərin əmək haqları 3000 manat, 600 manat və 400 manat göstərilib. Müəyyən müddətdən sonra bundan xəbər tutan işçi şikayət edir ki, onunla bağlı məlumatlar səhv təqdim edilib. Bu halda müvafiq dövlət qurumu elektron informasiya sisteminin məlumatları ilə yanaşı, işçinin və işəgötürənin imzaladığı əmək müqaviləsi və ona dəyişikliklər edilməsi haqqında sənədləri də işəgötürəndən tələb etmək hüququna malikdir. İşəgötürən hətta 5 il öncəki sənədləri belə müvafiq dövlət qurumuna təqdim etməlidir.
Əmək müqavilələrinin hansı halda arxivə verilməsinə gəlincə isə, Əmək Məcəlləsini 87-ci maddəsinin ikinci hissəsinə əsasən, müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir.
Maddədən göründüyü kimi, müəssisə ləğv edildikdə, işəgötürən arxiv qanunvericiliyinin tələblərini gözləməklə sənədləri dövlət arxiv idarəsinə verməlidir.

Təcrübədə mümkündür ki, ləğv olunmuş müəssisə yenidən təşkil edilsin.

Misal. Satış sektorunda fəaliyyət göstərən müəssisə başqa bir müəssisəyə qoşulmaq haqqında qərar verir. Bu zaman qoşulan müəssisədə çalışan işçilər üzrə sənədlər yenidən təşkil edilən müəssisəyə verilməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech