"İşğaldan azad edilmiş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nın təsdiq edilməsi

"İşğaldan azad edilmiş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nın təsdiq edilməsi
ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olan iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azad edilmişdir.
Vergi qanunvericiliyinin qeyd olunan tələbinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 05.08.2023-cü il tarixli Qərarı ilə iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı təsdiq edilmişdir.
Qeyd olunan azadolma Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 227.2-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09.12.2022-ci il tarixli Qanunu ilə tənzimlənir.