logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Fiziki və hüquqi şəxslərin zərərinin kompensasiyası necə aparılır?

  • Bloq
  • 29-avq-2023, 10:01
  • 109
Fiziki və  hüquqi şəxslərin zərərinin kompensasiyası necə aparılır?


Vergi Məcəlləsinin 108,109 və 121-ci maddələrinə nəzər salmaq lazımdır. Belə ki, 108.1-ci maddəyə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin, qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Misal 1: Tutaq ki, vergi ödəyicisinin vergi ili ərzində xərcləri 160.000 manat olub. Bu xərclərin 10 faizi əyləncə, yemək və sosial xarakterli xərclərdir. Bu halda vergi ödəyicisi Vergi Məcəlləsinin 109-cu maddəsinə əsasən çəkilən xərclərin 10 faizini gəlirindən çıxa bilməyəcək.

Misal 2: Tutaq ki, vergi ödəyicisinin ümumi gəliri 300.000 manat və ümumi xərci 305.000 manat olub. Bu halda vergitutma məqsədləri üçün vergi ödəyicisi zərər etmiş hesab olunurmu?

Vergi Məcəlləsinin 109-cu maddəsinə əsasən, ümumi xərclərin tərkibində çəkilən və gəlirdən çıxılmayan xərclərin də olma ehtimalı olduğu üçün vergi ödəyicisinin konkret zərər etdiyini bildirmək olmaz.

Vergitutma məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılmasına yol verilən xərcləri onun gəlirindən artıq olarsa, zərər etmiş hesab olunur.

Misal 3: Vergi ödəyicisinin ümumi gəliri 100.000 manat, gəlirdən çıxılmasına yol verilən xərcləri 105.000 manatdırsa, bu halda vergi ödəyicisi 5.000 manat zərər etmiş hesab edilir.

Bəs vergi ödəyiciləri (müəssisələr və fərdi sahibkarlar) yaranmış zərərlərini kompensasiya etmək hüququna malikdirlərmi?

Vergi Məcəlləsinin 121-ci maddəsinə əsasən, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi 5 ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.

Misal 4: Müəssisə 2018-ci ildə 30.000 manat zərər edib. O, yaranmış bu zərərini heç bir məhdudiyyət qoyulmadan 2019, 2020, 2021, 2022 və 2023-cü illərin mənfəəti hesabına kompensasiya edə bilər. 2018-ci ildə yaranmış 30.000 manat zərərin 25.000 manatının 2022-ci ilə qədər kompensasiya olunduğunu nəzərə alsaq, yığılmış zərəri 5.000 manat olaraq qalır.

Fərz edək ki, müəssisə 2023-cü ildə 35.000 manat mənfəət əldə edib və qalan 5.000 manat zərərini də həmin ildə kompensasiya etmək qərarına gəlib. Bu halda müəssisə 2023-cü ildə 6.000 manat vergi ödəyəcək.

35000 - 5000 = 30000 manat

30000 x 20% = 6000 manat.

Əgər müəssisə yığılmış zərərini 2023-cü ildə kompensasiya etməsəydi, artıq həmin zərəri növbəti ildə kompensasiya etmək hüququna malik olmayacaqdı.

Vergi ödəyicisi olan fiziki şəxslər isə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmış zərərlərini yalnız sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir hesabına növbəti 3 il ərzində kompensasiya etmək hüququna malikdirlər.

Misal 5: Fərdi sahibkar 2022-ci ildə sahibkarlıq fəaliyyəti ilə bağlı 40.000 manat gəlir əldə edib və onun gəlirdən çıxılan xərcləri 48.000 manat olub. Həmin ildə sahibkarın 15.000 manat icarə gəliri də olub. Bu halda fərdi sahibkar 8.000 manat zərər edib. O, bu zərərini həmin ilin icarə gəliri ilə kompensasiya etmək hüququna malik deyil. Çünki icarə gəliri fiziki şəxslərin qeyri-sahibkarlıqdan gəlirləri hesab olunur. Ona görə də fərdi sahibkar 2022-ci ildə yaranmış bu cür zərərini 2023, 2024 və 2025-ci ilin sahibkarlıq fəaliyyəti ilə bağlı gəlirləri ilə kompensasiya edə bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İdman məşqçilərinin və zallarının gəlirləri hansı formada vergiyə cəlb olunur?
    İdman məşqçilərinin və zallarının gəlirləri hansı formada vergiyə cəlb olunur?
    18-iyl-2025 | Bloq
  • Kənd təsərrüfatı məhsullarının satışında ƏDV qaydaları
    Kənd təsərrüfatı məhsullarının satışında ƏDV qaydaları
    17-iyl-2025 | Bloq
  • 75 faizlik güzəşt ötən ilin gəlirlərinə şamil edilə bilərmi?
    75 faizlik güzəşt ötən ilin gəlirlərinə şamil edilə bilərmi?
    17-iyl-2025 | Bloq
  • ƏDV-nin qeyri-rezidentə elektron ticarət ödənişlərində hesablanması qaydaları
    ƏDV-nin qeyri-rezidentə elektron ticarət ödənişlərində hesablanması qaydaları
    16-iyl-2025 | Bloq
  • Hüquqi şəxslər üçün icarə haqqından vergitutma qaydaları və bəyannamə öhdəlikləri
    Hüquqi şəxslər üçün icarə haqqından vergitutma qaydaları və bəyannamə öhdəlikləri
    16-iyl-2025 | Bloq
  • İxrac əməliyyatlarında ƏDV və vergi qaytarılması prosesi
    İxrac əməliyyatlarında ƏDV və vergi qaytarılması prosesi
    15-iyl-2025 | Bloq
  • Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?
    Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?
    15-iyl-2025 | Bloq
  • Təsərrüfat subyektlərinin uçotu və vergi azadolmalarına dair tələblər
    Təsərrüfat subyektlərinin uçotu və vergi azadolmalarına dair tələblər
    14-iyl-2025 | Bloq
  • Bina tikintisi ilə məşğul olan vergi ödəyiciləri üçün yenilik: şərtlər, vacib məqamlar
    Bina tikintisi ilə məşğul olan vergi ödəyiciləri üçün yenilik: şərtlər, vacib məqamlar
    14-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]