logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Gündə 2 saatla işləyən işçinin bayram günləri və ümumxalq hüzn günü qabağı iş günü 1 saat qısadlımalıdır?

  • Bloq
  • 30-avq-2023, 10:01
  • 131
Gündə 2 saatla işləyən işçinin bayram günləri və ümumxalq hüzn günü qabağı iş günü 1 saat qısadlımalıdır?


Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılmalıdır.

Misal 1. Natamam iş vaxtı tətbiq edilən işçi hər gün 5 saat işləyir. 31 dekabr 2022-ci il bayram günü olduğu üçün, 30 dekabr 2022-ci il tarixində onun iş saatı bir saat azadılmalıdır?

Əmək Məcəlləsinin 108-ci maddəsində iş vaxtının bir saat qısadılması ilə bağlı istisna Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrinə şamil edilib. Bundan əlavə, Əmək Məcəlləsinin 94-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.
Göründüyü kimi, natamam iş vaxtı ilə işləyənlərə Əmək Məcəlləsinin 108-ci maddəsinin tələblərini tətbiq etməmək əmək qanunvericiliyinə ziddir. Sadəcə natamam iş vaxtının tətbiqi zamanı mütənasiblik prinspi gözlənilməlidir.

Misal 2. İşçi natamam iş vaxtı ilə 4 saat işləyir. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, 19 yanvar 2022-ci tarixi (ümumxalq hüzn günü qabağı) iş vaxtının vaxtı 1 saat azadılmalıdır. İşçi həmin gün, yəni 19 yanvar 2022-ci il tarixdə 4 saat işlədiyi üçün azalma 1 saat yox, iş saatına mütənasib olaraq 0,5 saat təşkil edəcək.

Misal 3. İşçi natamam iş vaxtı ilə çalışdığı üçün ona 7 mart 2022-ci il tarixdə 2 saat iş vaxtı müəyyən edilib. 8 mart Beynəlxalq qadınlar günündən bir gün öncə işçiyə münasibətdə qısaldılan iş vaxtını hesablamaq üçün aşağıdakı tənasübdən istifadə edirik:
8 saat – 1 saat azalma
2 saat - X saat azalma
X = (2 saat x 1 saat) / 8 saat = 0.25 saat = 15 dəqiqə
Deməli, 7 mart 2022-ci il tarixdə işçinin iş vaxtı 15 dəqiqə qısaldılacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech