logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyaya görə cərimə necə hesablanır?

  • Bloq
  • 31-avq-2023, 11:44
  • 198
cerime - sanksiya


DƏMX və DVX-nin istifadə edilməmiş məzuniyyətə görə kompensasiyaya görə cəriməsi necə hesablanır?

Dövlət Əmək Müfəttişliyi Xidməti işçinin əmək müqaviləsinə xitam verilən zaman istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmamasına görə cərimə tətbiq edir. İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.


Misal. Dövlət Əmək Müfəttişliyinin keçirdiyi yoxlama zamanı “A” MMC-nin 3 işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödəməməsi faktı müəyyən edilib. Bu halda işəgötürənə üç işçinin hər birinə görə ayrıca cərimə tətbiq olunmayacaq, ümumi bir cərimə tətbiq olunması haqqında qərar veriləcək.

Vergi orqanlarının vergi nəzarəti tədbirləri zamanı işdən azad olunan işçiyə istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın hesablanmamasına rast gəlinərsə, aşağıdakı tədbirlər həyata keçirilir:
- Kompensasiya məbləği üzrə gəlir vergisi, sosial ayırma və işsizlikdən sığorta məbləğinin hesablanmasını təmin edir;
- Azaldılmış vergi, sosial ayırma və işsizlikdən sığorta məbləğinə görə 50 faiz maliyyə sanksiyası tətbiq edir;
- Hesablama zamanı ödəyicinin borcu yaranarsa, gecikdirilmiş hər günə görə 0,1 faiz penya hesablanır.


Misal. Vergi orqanının yoxlaması zamanı məlum olub ki, neft-qaz sektoruna aid şirkətdə işçilərə 30 000 manatlıq istifadə edilməyən məzuniyyətə görə kompensasiya hesablanmayıb. Bu halda həmin məbləğdən hər biri işçiyə görə dövrlər üzrə gəlir vergisi, sosial ayırması və işsizlikdən sığorta məbləği müəyyən edilir.

Fərz edək ki, istifadə edilməyən məzuniyyətə görə 5000 manat gəlir vergisi, 6 600 manatlıq sosial ayırma və 300 manatlıq işsizlikdən sığorta məbləği hesablanmalıdır. Bu zaman həmin məbləğlər hesablanaraq vergi ödəyicisinin şəxsi hesabına işlənilməklə yanaşı, hər bir azadılmış icbari ödəniş üzrə 50 faiz maliyyə sanksiyası tətbiq edildiyindən gəlir vergisi, sosial ayırma və işsizlikdən sığorta məbləği üzrə müvafiq olaraq, 2 500 manat, 3 300 manat və 150 manat maliyyə sanksiyası da şəxsi hesaba işlənilir.
Həmçinin də gecikdirilən hər məbləğ üzrə bir il müddətdən çox olmamaqla 0,1 faiz penya hesablanır.


Qeyd edilən cərimələr kifayət qədər yüksək olduğu üçün, işəgötürənlərə əmək müqaviləsinə xitam verilən zaman istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmasında diqqətli olmalarını tövsiyə edirik.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech