Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında böyük artım

31.08.2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 9 milyard 364,4 milyon dollar təşkil edib.
"AZE Consulting" Mərkəzi Banka istinadən xəbər verir ki, avqustda rəsmi valyuta ehtiyatları 120,4 milyon dollar artıb.
31 iyul 2023-cü il tarixində Mrəkəzi Bankın rəsmi valyuta ehtiyatları 9 milyard 244 milyon dollara çatmışdı.
2023-cü ilin 8 ayı ərzində Mrəkəzi Bankın rəsmi valyuta ehtiyatları 368,7 milyon dollar, ötən ilin avqust ayı ilə müqayisədə isə 1 milyard 860,8 milyon dollar artıb.