ŞƏRH! Əmək müqaviləsində sınaq müddətinin maksimum 2 (iki) həftə olması təklifi hansı məqsədə xidmət edir?
- Tarix
- Oxunma 257

Xəbər verdiyimiz kimi, Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu 3 ay sınaq müddəti təyin ediləcək. Qeyd edək ki, hal-hazırki qanunvericiliyinə əsasən, sınaq müddəti müəyyən edilməyən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti maksimum 3 ay müəyyən edilməklə bağlanıla bilər.
Ekspertlərin fikrincə təklif edilən yeni dəyişiklikdə məqsəd qisa müddətli (6 ayadək) bağlanan əmək müqavilələrinin sayını azaltdırlmasına xidmət etməsidir. Hal-hazırda qüvvədə olan qanunvericiliyə əsasən, müddəti 2 aya qədər olan əmək müqavilələrində sınaq müddəti müəyyən edilə bilməz. Əmək Məcəlləsinə dəyişiklik təsdiq edildikdən sonra, müddəti 2 aydan 6 aya qədər olan əmək müqavilələrində sınaq müddətinin maksimum 3 ay yox 2 həftə müəyyən edilməsinə icazə veriləcək.
en
ru
tr