logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Fiziki şəxs aldığı qrant vəsaitinə görə gəlir vergisi ödəməlidirmi?

  • Bloq
  • 25-sen-2023, 11:23
  • 223
Fiziki şəxs aldığı qrant vəsaitinə görə gəlir vergisi ödəməlidirmi?


Fiziki şəxsə rəhbəri olduğu və 5 ay davam edəcək layihəyə görə KOBİA tərəfindən qrant ayrılıb. Layihəyə cəlb edilmiş işcilərlə fiziki şəxs arasında əmək müqaviləsi bağlanıb. Bilmək istəyirdim ki, fiziki şəxs aldığı qranta görə gəlir vergisi və digər sosial vergilər verməlidirmi?

“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin müddəalarına əsasən, qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələndirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsədlər üçün maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir.

Sorğuda göstərilən halda, KOBİA tərəfindən ayrılan qrant qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməklə tam məbləğdə təyinatı üzrə sərf edildiyi halda (daxil olan məbləğ tam xərcləndiyi halda hesabat ilində gəlir əldə edilmir), qrant müqaviləsi üzrə resipiyent olan şəxsin qrant vəsaitindən vergi öhdəliyinin yaranması Vergi Məcəlləsində nəzərdə tutulmayıb. Eyni zamanda, sorğuda göstərilən halda, qrant üzrə resipiyent olan fiziki şəxsin qrant layihəsi çərçivəsində ona ayrılan vəsaitə görə sosial sığorta haqqı və icbari tibbi sığorta haqqı ödəmək öhdəliyi yaranmır.

Qrant müqaviləsi üzrə resipiyent olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna, yəni əməkhaqlarından gəlir vergisi güzəştli dərəcələrlə tutulan kateqoriyaya aid edilir. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatadək olduqda sığortaolunanın gəlirlərindən 3 faiz, sığortaedənin vəsaiti hesabına 22 faiz, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi, sığortaedənin vəsaiti hesabına isə 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi məbləğində hesablanır.

Əsas: Vergi Məcəlləsi, “Qrant haqqında”, "Sosial sığorta haqqında" və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunları.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq
  • Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    06-noy-2025 | Bloq
  • İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    06-noy-2025 | Bloq
  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq
  • Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    05-noy-2025 | Bloq
  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech