logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əvəzetmə və boş vəzifə üzrə əmək funksiyasının icrası zamanı əməkhaqqının ödənilməsi

  • Bloq
  • 26-okt-2023, 09:02
  • 114


Müvəqqəti əvəzetmə və boş vəzifə üzrə əmək funksiyasının icrası fərqli yanaşmadır və əməkhaqqının hesablanması Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

Müvəqqəti əvəzetmə - müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasıdır.

Boş vəzifə üzrə əmək funksiyasının icrası – boş olan vəzifənin icrasıdır.

Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrası zamanı əməkhaqqının ödənilməsi Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən ödənilir. Həmin Məcəllənin 162-ci maddəsində müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi aşağıdakı kimi nəzərə alınır:

Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Misal 1: “AA” MMC-də böyük mühasib işləyən əməkdaş 06.02.2023-cü il tarixdən 10.02.2023-cü il tarixədək məzuniyyətə çıxan baş mühasibi müvəqqəti əvəz edib. Böyük mühasibin vəzifə əməkhaqqı 2000 manat, baş mühasibin vəzifə əməkhaqqı isə 2500 manatdır. 2023-cü ilin fevral ayında iş günü norması 20 iş günü olub. Buna əsasən, 06.02.2023-cü il tarixdən 10.02.2023-cü il tarixə kimi 5 iş günü olub. Bu halda müvəqqəti əvəzetməyə görə əməkhaqqının hesablanması aşağıdakı kimi olacaq:

(2500 – 2000) = 500 manat;
500 : 20 = 25 manat;
25 x 5 = 125 manat.

Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Misal 2: “AA” MMC-də baş mühasib işləyən əməkdaş 06.02.2023-cü il tarixdən 10.02.2023-cü il tarixədək məzuniyyətə çıxan böyük mühasibi müvəqqəti əvəz edib. Bu halda işçi və işəgötürən tərəfindən qarşılıqlı razılıq əsasında müvəqqəti əvəzetmə üçün əlavə ödəniş müəyyən edilir. Fərz edək ki, tərəflər müvəqqəti əvəz edilən vəzifənin tarif əməkhaqqının 30%-i məbləğində əlavə haqq ödənilməsi üçün razılaşıblar. Böyük mühasibin vəzifə əməkhaqqı 2000 manat, baş mühasibin vəzifə əməkhaqqı isə 2500 manatdır. 2023-cü ilin fevral ayında 20 iş günü olub. Buna əsasən, 06.02.2023-cü il tarixdən 10.02.2023-cü il tarixə kimi iş günlərinin sayı 5 olub. Bu halda müvəqqəti əvəzetməyə görə əməkhaqqının hesablanması aşağıdakı kimi olacaq:

(2000 : 20 x 5) x 30% =150 manat.

Boş vəzifə üzrə əmək funksiyasının icrası üçün əlavə əməkhaqqının hesablanması isə Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən tənzimlənir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əməkhaqqı ödənilməlidir.

Misal 3: “AA” MMC-də böyük mühasib işləyən əməkdaş 2023-cü ilin fevral ayı üzrə 20 iş günü boş vəzifə olan baş mühasibin əmək funksiyalarını icra edib. Baş mühasibin vəzifə əməkhaqqı 2500 manatdır. 2023-cü ilin fevral ayında iş günü norması 20 gün (160 saat) olub. Bunları nəzərə alaraq, boş vəzifə üçün ödəniləcək əməkhaqqının məbləği aşağıdakı qaydada hesablanacaq:

(2500 :160 x 160) x 50% =1250 manat.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech