ƏMAS altsistemində hazırlanacaq elektron əmrlərin siyahısı açıqlandı (15 əmr forması)

Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdirinin müavini Aynurə Tağıyeva ƏMAS altsistemində hazırlanması nəzərdə tutulan əmrlərin siyahısı açıqlandı: “ƏMAS altsistemində hal-hazırda xitam əmrinin elektron formada hazırlanması həyata keçirilir. Noyabr ayından etibarən isə məzuniyyət əmrlərini də ƏMAS altsistemində hazırlamaq mümkün olacaq. Ümumiyyətlə, ƏMAS altsistemində aşağıdakı əmr formalarının hazırlanaraq tətbiq edilməsi planlaşdırılır:
- İşə qəbul;
- Xitam;
- Məzuniyyət;
- Qısadılmış iş vaxtının tətbiqi;
- Ezamiyyə;
- Vəzifələrin həvalə edilməsi;
- İntizam tənbehinin tətbiq edilməsi;
- Xidməti fəaliyyətin araşdırılması;
- Yazılı xəbərdarlıq;
- Fərdi mükafatlandırma;
- Dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi;
- Dövlət qulluğunda qulluq stajına görə əlavənin verilməsi;
- İşçinin çalışma müddətinin uzadılması;
- Soyad dəyişmə;
- Natamam iş vaxtının tətbiq edilməsi.”