logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Fiziki şəxsin qrant vəsaitindən vergi öhdəliyi yaranırmı?

  • Bloq
  • 03-noy-2023, 10:02
  • 95
Fiziki şəxsin qrant vəsaitindən vergi öhdəliyi yaranırmı?


Fiziki şəxsə KOBİA tərəfindən elan edilən layihəyə görə qrant ayrılıb. Həmin şəxsin rəhbəri olduğu layihə 5 ay davam edəcək. Layihəyə cəlb edilən işçilərlə fiziki şəxs arasında əmək müqaviləsi bağlanıb. Bilmək istərdim ki, fiziki şəxs aldığı qranta görə gəlir vergisi və digər sosial vergilərə olunmalıdırmı?

“Qrant haqqında” Qanunun 1-ci maddəsinin müddəalarına əsasən, qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələndirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Yalnız konkret məqsədlər üçün verilən qrant maliyyə vəsaiti şəklində və ya başqa maddi formada ayrıla bilər.

Qeyd olunanlara əsasən, KOBİA tərəfindən ayrılan qrant qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməklə tam məbləğdə təyinatı üzrə sərf edildiyi halda (daxil olan məbləğ tam xərcləndiyi halda hesabat ilində gəlir əldə edilmir), qrant müqaviləsi üzrə resipiyent olan şəxsin qrant vəsaitindən vergi öhdəliyinin yaranması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Eyni zamanda, sorğuda göstərilən halda, qrant üzrə resipiyent olan fiziki şəxsin qrant layihəsi çərçivəsində ona ayrılan vəsaitə görə sosial sığorta haqqı və icbari tibbi sığorta haqqı ödəmək öhdəliyi yaranmır.

Həmçinin, bildiririk ki, qrant müqaviləsi üzrə resipiyent olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna, yəni əmək haqlarından gəlir vergisi güzəştli dərəcələrlə tutulan kateqoriyaya aid edilir. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8.000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatadək olduqda sığortaolunanın gəlirlərindən 3 faiz, sığortaedənin vəsaiti hesabına 22 faiz, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi, sığortaedənin vəsaiti hesabına isə 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi məbləğində hesablanır.

Əsas: Vergi Məcəlləsi, “Qrant haqqında”, "Sosial sığorta haqqında" və “Tibbi sığorta haqqında” qanunları

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    12-mar-2026 | Bloq
  • Ailə vəzifələri olan işçilər kimlərdir və onların hansı hüquqları tanınır?
    Ailə vəzifələri olan işçilər kimlərdir və onların hansı hüquqları tanınır?
    12-mar-2026 | Bloq
  • Distant iş hansı işçilərə tətbiq olunacaq? -MİSALLAR
    Distant iş hansı işçilərə tətbiq olunacaq? -MİSALLAR
    12-mar-2026 | Bloq
  • Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    11-mar-2026 | Bloq
  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq
  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech