logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Muğanbank üzrə kompensasiyalar ABB və Kapital Bank vasitəsilə veriləcək

  • Bloq
  • 15-noy-2023, 10:09
  • 97


Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Muğanbank” ASC-də sığorta hadisəsi günü 24 noyabr 2023-cü il müəyyən edilmişdir.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, kompensasiyaların ödənilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC vasitəsilə 27 noyabr 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcəkdir. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.


Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan "Muğan Bank" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin istənilən filial və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Həmçinin bildiririk ki, kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.

Qorunan əmanətçilər ərizə formalarını 27 noyabr 2023-cü il tarixdən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin filial və şöbələrindən, eyni zamanda ƏSF-nin www.adif.gov.az saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin bütün filial və şöbələri tərəfindən həyata keçiriləcəkdir.

Məlumat üçün qeyd edək ki, əmanətlər "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcəkdir.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.
www.adif.gov.az

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech