logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Repetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir?

  • Bloq
  • 16-noy-2023, 11:46
  • 130


Repetitorlar və ya frilanserlər vergi uçotuna durmaq üçün hansı addımları atmalıdırlar? Bu zaman “ASAN İmza” məcburidirmi? Həmin səxslərin ödəməli olduqları vergi və məcburi dövlət sosial sığorta haqqının məbləği nə qədərdir?

Sorğuda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalıdır.

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcıda “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin surətinə əsasən həyata keçirilir. Uçota alınma ASAN Xidmət mərkəzlərində, belə mərkəzlərin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alınmaq mümkündür. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “ASAN İmza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir. Gəlir (mənfəət) vergisi metodu tətbiq edildiyi halda isə əldə olunan gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər), gəlirlərin və xərclərin uçotunu aparmaqla 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin xatırladaq ki, 1 yanvar 2024-cü il tarixdən etibarən vergi ödəyicilərinin şəxsi elektron kabinetlərindən istifadə etmək imkanı yalnız gücləndirilmiş elektron imza, o cümlədən “ASAN İmza” vasitəsilə mümkün olacaq. Bu səbəbdən, vergi ödəyiciləri elektron kabinetlərindən istifadə etmək, elektron qaimə-faktura göndərmək, bəyannamə və hesabatlarını təqdim etmək və digər əməliyyatlar üçün gücləndirilmiş elektron imza vasitələrindən birini - “ASAN İmza” və ya “SİMA Token” əldə etməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Gələn il maaşlardan gəlir vergisi tutulacaq?
    Gələn il maaşlardan gəlir vergisi tutulacaq?
    17-sen-2025 | Bloq
  • İşəgötürən əlilliklə bağlı hansı məqamları nəzərə almalıdır?
    İşəgötürən əlilliklə bağlı hansı məqamları nəzərə almalıdır?
    17-sen-2025 | Bloq
  • 2026-cı ilin büdcəsinin gəlir və xərcləri açıqlandı
    2026-cı ilin büdcəsinin gəlir və xərcləri açıqlandı
    16-sen-2025 | Bloq
  • Nəqliyyat vasitəsinin alqı-satqısı hansı qaydada rəsmiləşdirilir?
    Nəqliyyat vasitəsinin alqı-satqısı hansı qaydada rəsmiləşdirilir?
    16-sen-2025 | Bloq
  • Fermerlərə ayrılan güzəştli kreditlərin miqdarı sürətlə yüksəlib
    Fermerlərə ayrılan güzəştli kreditlərin miqdarı sürətlə yüksəlib
    15-sen-2025 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    15-sen-2025 | Bloq
  • Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    12-sen-2025 | Bloq
  • İşçilərin attestasiya edilməsi qaydaları
    İşçilərin attestasiya edilməsi qaydaları
    12-sen-2025 | Bloq
  • Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    11-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]