logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçilərə ödənilən mükafatlar hansı hallarda əməkhaqqına daxil edilir?

  • Bloq
  • 23-noy-2023, 11:38
  • 179


Bir çox sahibkarlar, işəgötürənlər iş ili ərzində və ya iş ilinin sonunda işçilərinə həvəsləndirmə kimi pul mükafatları, hədiyyələr verir, bayram günlərində sovqat təqdim edirlər. Bu zaman sadalanan bütün ödənişlər mükafat sayılırmı? Qeyd olunan ödənişlərin hamısı əməkhaqqının tərkibinə daxildirmi? Sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir:

Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Həmin maddənin 3-cü bəndində göstərilib ki, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Əməkhaqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Məcəlləyə əsasən, əməkhaqqının tərkibinə daxil olan gəlir növlərindən biri də mükafatlardır. Əmək Məcəlləsinin 157-ci maddəsinin 6-cı bəndində də mükafatların açıqlanması qeyd edilib. Beləliklə, mükafatın açıqlanması aşağıdakı kimi olacaq:

- Mükafatlar işəgötürən tərəfindən işçinin maddi marağının yüksəldilməsi üçün verilən ödənişlərdir;

- Mükafatların verilməsinin məqsədi əməyin həm kəmiyyət, həm də keyfiyyətinin yüksəldilməsidir;

- Mükafatların ödənilməsi işəgötürənin əməkhaqqı sistemində nəzərdə tutulmalıdır;

- Mükafatların verilməsi qaydaları müəyyənləşdirilməli, forması təyin edilməli və bütün bunlar əvvəlcədən işəgötürən tərəfindən tərtib və təsdiq olunmalıdır.


Göründüyü kimi, yuxarıdakı tələblərə cavab verməyən ödənişlər əməkhaqqının ödəniş sisteminə aid olan mükafat sayıla bilməz.

Bəs əməkhaqqının ödəniş sistemi dedikdə nə başa düşülür?

Bu sualın cavabı Əmək Məcəlləsinin 157.1-ci maddəsində açıqlanıb. Maddədən aydın olur ki, işəgötürən ən çox istifadə edilən işəmüzd və vaxtamuzd ödəniş sistemlərindən həm fərdi işçilər üçün ayrıca, həm də hamı üçün ümumi bir sistem tətbiq edə bilər.

Misal 1: “AA” MMC müəyyən qrup işçilər üçün vaxtamuzd sistemlə iş rejimi, digər qrup işçilər üçün isə işəmuzd sistemi tətbiq edə bilər. Bu, işçilərin görəcəkləri işin, əmək funksiyalarının fərqliliyinə görə müəyyənləşdirilir. Odur ki, mükafat anlayışının formalaşması üçün, ilk növbədə, işçiyə veriləcək belə bir gəlirin əməkhaqqının ödəniş sistemində müəyyən olunmasıdır.
Əməkhaqqı sistemi də işçi ilə bağlanılan əmək müqaviləsində qeyd olunur və həvəsləndirici kimi ödənilən pul vəsaiti həmin əmək müqaviləsində yazılmalıdır. Əgər əmək müqaviləsində yazılmamışdırsa, bu, artıq əməkhaqqının tərkibinə daxil olan mükafat anlamına gəlmir.

Misal 2: “AA” MMC işçi ilə bağladığı əmək müqaviləsində rüblük və illik olaraq əməkhaqqının 1 misli məbləğində mükafatın ödənilməsinə razılaşıb. Bu ödəniş əməkhaqqının tərkibinə daxil olan mükafat sayılır. Çünki əməkhaqqı sistemində, əmək müqaviləsində nəzərdə tutulub və işçi ilə razılaşdırılıb.

Misal 3: “AA” MMC ilə işçi arasında bağlanmış əmək müqaviləsində rüblük və illik olaraq şirkətdə fəaliyyətinin nəticələrinə əsasən əməkhaqqının 1 misli məbləğində mükafatın ödənilməsi razılaşdırılıb. Bu ödəniş əməkhaqqının tərkibinə daxil olan mükafat sayılır. Baxmayaraq ki, belə bir həvəsləndirici ödəniş şirkətin fəaliyyətinin nəticələrinə əsaslanıb, amma əmək müqaviləsində nəzərdə tutulduğundan, bu, mükafat sayılır.

Misal 4: Tutaq ki, işçiyə Yeni il bayramı ilə əlaqədar əməkhaqqının bir misli məbləğində mükafat verilib. Bu ödənişin əməkhaqqının tərkibinə daxil olan mükafat sayılması düzgün olmazdı. Çünki həvəsləndirici pul vəsaitinin ödənişi olsa da, bu, əmək müqaviləsində nəzərdə tutulmayıb. Onu ümumi olaraq mükafat kimi və ya pul vəsaiti şəklində ödənilən hədiyyə kimi adlandırmaq daha düzgün olardı.

Misal 5: “AA” MMC işçilərinə Qurban bayramı ilə əlaqədar pul formasında müəyyən məbləğdə vəsaitlər ödəyib. Belə bir vəsaitinin ödənilməsi əməkhaqqının tərkibinə daxil olan mükafat deyil.

Bu məsələlərdə mühasiblər, mütəxəssislər diqqətli olmalıdırlar. Çünki belə hallarda MDSS, işsizlikdən sığorta, icbari tibbi sığorta məsələlərində baza olaraq formalaşan məbləğlər üzrə tutulmalar, hesablamalarda fərqlər yaranır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq
  • Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    06-noy-2025 | Bloq
  • İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    06-noy-2025 | Bloq
  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq
  • Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    05-noy-2025 | Bloq
  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech