logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

"Təsdiqi olmayan qida məhsullarının idxalı 1 yanvar 2024-cü ildən dayandırılacaq"

  • Bloq
  • 24-noy-2023, 11:16
  • 159
"Təsdiqi olmayan qida məhsullarının idxalı 1 yanvar 2024-cü ildən dayandırılacaq"


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb. Bu səbəbdən AQTA ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti dəfə xəbərdarlıq edərək bildirir ki, 2024-cü il 1 yanvar tarixinədək təsdiq üçün Agentliyə müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksək riskli qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınaraq, ölkəmizə qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal və emal olunduğu xarici qida obyektləri təsdiq edilməlidir. Xarici ölkələrdə fəaliyyət göstərən qida müəssisələrinin təsdiq olunması üçün həmin obyektlərin Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya yolu ilə qiymətləndirilir. Qiymətləndirilmənin nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq və ya təsdiqdən imtina olunması barədə qərar qəbul edilir.

Müvafiq qanunun icrasının təmin edilməsi məqsədilə AQTA tərəfindən mütəmadi olaraq, müxtəlif dövlətlərdən ölkəmizə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin təsdiqdən keçməyən xarici qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı KİV-də dəfələrlə xəbərdarlıqlar edilib. Buna baxmayaraq, Agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb. Bu səbəbdən AQTA ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti dəfə xəbərdarlıq edərək bildirir ki, 2024-cü il 1 yanvar tarixinədək təsdiq üçün Agentliyə müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksək riskli qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq. Bununla da, həmin müəssisələrdən xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarının ölkəmizə idxal edilməsi mümkün olmayacaq. Bu sıraya mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsullar aiddir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech