logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Elektron ticarət aparan qeyri-rezidentlər üçün yeni qaydalar

  • Bloq
  • 28-noy-2023, 10:19
  • 126


İqtisadiyyatın rəqəmsallaşması nəticəsində sürətlə inkişaf edən elektron ticarətin şəffaf və qanunamüvafiq şəkildə vergiyə cəlb edilməsi, verginin əsas iqtisadi fəaliyyətin həyata keçirildiyi və dəyərin yarandığı ölkədə tutulması məqsədilə cari ilin əvvəlində Vergi Məcəlləsində dəyişikliklər edilib.

Bundan irəli gələrək, Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli 387 nömrəli qərarı ilə “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası” təsdiq edilib. Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinin tələblərinə uyğun hazırlanmış bu sənəd rezidentlərə (eyni zamanda vətəndaşlara) elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim olunmasından gəlir əldə edən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması ilə bağlı təşkilati və hüquqi əsasları müəyyənləşdirir.

Qayda Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentlərə şamil edilmir. Qərara əsasən, elektron ticarəti həyata keçirən qeyri-rezidentlər ƏDV-nin məqsədləri üçün elektron qaydada vergi uçotuna alınacaqlar. Qaydanın məqsədləri üçün qeyri-rezident dedikdə, internet vasitəsilə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən elektron kitabların, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi və digər analoji xidmətlər üzrə satıcı (təchizatçı) kimi çıxış edən qeyri-rezident şəxs nəzərdə tutulur.

Qeyri-rezident tərəfindən elektron ticarət qaydasında iş və xidmətlər üzrə aşağıdakı şərtlərdən hər hansı biri ödənildiyi halda, vergi bəyannaməsi təqdim edilir:

işləri və xidmətləri alan rezident şəxs ödənişi Azərbaycanda yerləşən banklar vasitəsilə həyata keçirərsə;
həmin şəxs Azərbaycanda yerləşərsə;
şəxsin istifadə etdiyi cihazın IP ünvanı Azərbaycanda yerləşərsə;
mobil operatorların ölkə kodu Azərbaycan Respublikasına aiddirsə.


Beləliklə, yeni qaydalara əsasən, uçota alınan qeyri-rezident şəxs tərəfindən xidmətlərin göstərilməsi zamanı vergi agenti, yəni banklar tərəfindən ödəmə mənbəyində ƏDV tətbiq edilməyəcək. Bu əməliyyatlar üzrə yaranan vergi öhdəliyi qeyri-rezident şəxs tərəfindən, Vergi Məcəlləsinə uyğun olaraq hesablanıb ödəniləcək. Nəticə etibarilə, vergi öhdəliyi birbaşa qeyri-rezidentin özü tərəfindən icra ediləcəyindən, bu, qeyd olunanlarla yanaşı, vətəndaşların maliyyə vəsaitlərinin qənaət edilməsinə xidmət göstərəcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq
  • Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    06-noy-2025 | Bloq
  • İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    06-noy-2025 | Bloq
  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq
  • Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    05-noy-2025 | Bloq
  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech