logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Ödənişlərdə “ağıllı” cihazlardan istifadə sürətlə artır

  • Bloq
  • 30-noy-2023, 11:59
  • 125


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda POS-terminallar vasitəsilə ödənişlərdə “ağıllı” cihazlardan istifadə 27% təşkil edib.

Bunu Mərkəzi Bankın (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov media nümayəndələri üçün təşkil olunmuş "Ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizlik" mövzusunda təlimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, rəqəmsal ödənişlərdə kartlardan istifadə artdıqca kiberdələduzların da bu sahəyə marağı artır: “Bu isə o deməkdir ki, biz təhlükəsizlik tələblərini daha çox diqqətdə saxlamalıyıq. Kiberhücumların baş tutmasında vətəndaşların maliyyə savadlılığının aşağı olması mühüm faktorlardan biridir. Nağdsız ödənişlərdən istifadə edən əhalinin, xüsusi hədəf qruplarının bəzi təhlükəsizlik qaydalarını bilməməsi onların vəsaitlərini itirməsi riskini artırır. Bu baxımdan, vətəndaşlar qarşı tərəfin bank nümayəndəsi və ya dələduz olmasını müəyyən etmək üçün bəzi kritik məqamlara diqqət yetirməlidirlər. Fırıldaqçıların əldə etmək istədikləri həssas məlumatlar vətəndaşın şəxsi, bank və kart məlumatlarıdır. İstifadəçilər həmin məlumatların sorğulanması zamanı qarşı tərəfin fırıldaqçı olduğunu müəyyən edə bilərlər”.

Kiberhücumlardan qorunmaq üçün banklara xüsusi tələblərin olduğunu deyən AMB rəsmisi hazırda gücləndirilmiş müştəri autoindentifikasiya qaydalarının hazırlandığını bildirib. Əlavə edib ki, yeni qaydalarda ödənişlərlə bağlı banklara müəyyən limitlər qoyulacaq: “Məsələn, müştəri təmassız ödənişlərdən istifadə edə bilər, lakin emitent bank öz riskini qiymətləndirirək əməliyyatlara və ya gündəlik ödəniş məbləğlərinə limit tətbiq edə biləcək. Əgər əvvəllər məqsədimiz nağd ödənişlərin kart ödənişləri ilə əvəz olunması üçün vətəndaşlar arasında maarifləndirici tədbirlər aparmaq idisə, hazırda nağdsız ödənişlərin kart olmadan, yəni “ağıllı” cihazlar vasitəsilə həyata keçirilməsini təşviq edirik”.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech