logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Sığorta ödənişləri gəlirdən çıxılan xərclərə aid edilirmi?

  • Bloq
  • 13-dek-2023, 09:53
  • 155
aze consulting sigorta


Əmlakın sığortası üzrə şirkətə elektron qaimə təqdim olunub. Lakin vəsaiti bank vasitəsilə ödəmək mümkün olmadığından, nağd qaydada aparılıbb. Belə olan halda, sığorta xərcini mənfəət vergisi üzrə xərclərə daxil etmək olarmı? Elektron qaimə-fakturanın dəyəri nağd qaydada ödənildikdə, həmin e-qaimə üzrə ƏDV-ni əvəzləşdirmək qanunvericiliyə uyğundurmu?

Vergi Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır. Buna əsasən, sorğuda göstərilən halda, elektron qaimə-faktura əsasında ödənilən sığorta haqları Vergi Məcəlləsinin 116.1-ci maddəsinə uyğun olaraq, gəlirdən çıxılır. Bununla yanaşı, Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aiddir.

Maliyyə xidmətlərinin göstərilməsi Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən ƏDV-dən azaddır. Odur ki, yuxarıda göstərilən hal üzrə aparılan əməliyyata dair təfsilatlı məlumatlar və təsdiqedici sənədlərlə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməsi tövsiyə olunur.

Əlavə olaraq bildiririk ki, “Nağdsız hesablaşma haqqında” Qanunun 3.4.2-ci maddəsinə əsasən, “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunlarla müəyyən edilmiş ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir və bu tələbləri pozmaqla nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya aparılan əməliyyatın ümumi məbləğinin - təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 58-ci, 116-cı, 164-cü maddələri və “Nağdsız hesablaşma haqqında” Qanun

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech