Vəkillər Kollegiyası vəkillərin ödənişləri ilə bağlı elektron qaimə-faktura təqdim etməlidirmi?
- Tarix
- Oxunma 139

Mən vergi orqanında uçota alınmaqla fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul oluram və fəaliyyətimlə əlaqədar Vəkillər Kollegiyasına vaxtaşırı ödənişlər edirəm. Həmin ödənişlər müqabilində kollegiya tərəfindən mənə elektron qaimə-faktura təqdim edilməlidirmi?
Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə elektron qaimə-faktura təqdim edilmir.
Bu baxımdan, tərəfinizdən Vəkillər Kollegiyasına edilən ödənişlərə görə elektron qaimə-fakturanın təqdim olunması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.
Əsas: Vergi Məcəlləsinin 16.1.11-6.5-ci maddəsi
en
ru
tr