logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hansı hallarda hesablaşmalar nağdsız qaydada aparılmalıdır?

  • Bloq
  • 15-dek-2023, 11:45
  • 152
Hansı hallarda hesablaşmalar nağdsız qaydada aparılmalıdır?


Azərbaycan Respublikası ərazisində nağdsız hesablaşmaların aparılması “Nağdsız hesablaşmalar haqqında” Qanunla tənzimlənir. Ölkə ərazisində nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinin əsas məqsədi maliyyə şəffaflığı və idarəetməsini təmin etmək, istehlakçıların hüquqlarının müdafiəsi, pul dövriyyəsinin qeydə alınması və izlənilməsi, bank sisteminin fəaliyyətinin stimullaşdırılmasıdır.

Maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Səbinə Mirzəyeva hansı hallarda nağdsız hesablaşmaların vacibliyini açıqlayıb:

Nağdsız qaydada aparılan əməliyyatlar dedikdə, bank hesabları arasında aparılan köçürmələr, ödəniş terminalları, POS-terminallar, rəqəmsal pul kisələri və mobil ödəniş proqramları vasitəsilə aparılan əməliyyatlar nəzərdə tutulur.

Qanunla müəyyən edilmiş hesablaşmalar mütləq nağdsız qaydada aparılmalıdır. Vergilər, maliyyə sanksiyaları, gömrük ödənişləri və yığımları üzrə borcların ödənilməsi, lizinq əməliyyatları, kreditlərin verilməsi, dövlət orqanlarına, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən ödənişlər və digər yığımlar yalnız nağdsız qaydada icra edilməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, bu ödənişlərdən hər hansı biri nağd qaydada edilərsə, qanunun tələblərinin pozulmasına görə, pul vəsaitlərini nağd qaydada qəbul edən şəxslər (lizinq verən, nağd qaydada kreditləri verən, digər xidmət haqları və yığmları nağd qaydada qəbul edən) məsuliyyət daşıyır.

Misal 1: “AA” MMC-nin 2022-ci il üzrə hesablanmış əmlak vergisi 10.000 manat olub. 2023-cü ilin hər rübün 2-ci ayının 15-dən gec olmayaraq əvvəlki ilin əmlak vergisi məbləğinin (10.000 manat) 20%-i (2.000 manat) vergi ödəyicisi tərəfindən nağdsız qaydada dövlət büdcəsinə ödənilməlidir.

Misal 2: “BB” MMC xarici şirkətdən 20.000 dollar dəyərində avadanlıq alıb. Ölkəyə gətirilən avadanlıq üçün gömrük ödəmələri (gömrük rüsumu və yığımları, ƏDV) həyata keçirilməlidir. Fərz edək ki, gömrük yığımları 240 manat, gömrük rüsumu 5.100 manat, ƏDV məbləği isə 7.080 manatdır. Bu ödənişlər yalnız nağdsız qaydada, banklar vasitəsilə və ya Hökumət Ödəniş Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin büdcəsinə ödənilməlidir.

“Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən, müəyyən edilmiş sığorta ödənişləri yalnız nağdsız qaydada ödənilməlidir. Nağd qaydada ödənilmiş sığorta ödənişləri üçün ödənişləri nağd qaydada edən və qəbul edən sığortaçı və ya təkrarsığortaçı məsuliyyət daşıyır. Kommunal xidmətlərə görə ödənilən haqlar və telefon xidmətləri ilə bağlı xərclər üçün ödənişlər də nağdsız qaydada edilməlidir. Eyni zamanda, kommunal xidmət haqlarını nağd qaydada qəbul edən şəxslər məsuliyyət daşıyırlar.

Ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatadək olan ictimai iaşə, pərakəndə ticarət və xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərindən başqa, digər vergi ödəyiciləri tərəfindən ödənilən əməkhaqqı və ona bərabər tutulan digər ödənişlər (müaviət, pensiya, maddi yardım) mütləq qaydada nağdsız aparılmalıdır. Vergi ödəyiciləri tərəfindən aparılan uçotun şəffaflığı, asanlıqla izlənə bilməsi baxımından nağdsız qaydada həyata keçirilməsi daha məqsədə uyğundur.

Misal 3: “CC” MMC-nin ardıcıl 12 aylıq vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan yuxarıdır. 2023-cü ilin oktyabr ayı üzrə işçilərə 9.500 manat əməkhaqqı hesablanıb. Bu halda vergi ödəyicisi nağd ödəniş edə bilməz. Qanunla müəyyən edilmiş qaydalara əsasən, dövriyyəsi 200.000 manatdan yüksək olan vergi ödəyiciləri əməkhaqqı və ona bərabər tutulan ödənişlərini yalnız nağdsız qaydada həyata keçirməlidir. ƏDV məqsədləri üçün qeydiyyata alınan və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ictimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri 30.000 manatdan, digər vergi ödəyiciləri isə 15.000 manatdan artıq olan ödənişləri yalnız nağdsız qaydada həyata keçirməlidir. Hüquqi şəxslər və fərdi sahibkarlar ixtisaslaşdırılmış qaydada, komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada, bank hesabına köçürmə vasitəsilə həyata keçirilməlidir.

Yuxarıda qeyd olunanlardan əlavə, təhsil haqlarının ödənilməsi, turagentlərə ödəmələr yalnız nağdsız qaydada aparılır, əks halda, ödənişləri nağd qaydada qəbul edən şəxslər qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Səyyar vergi yoxlaması zamanı “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə təqvim ili ərzində bu hala birinci dəfə yol verildikdə aparılan əməliyyatların məbləğinin 10%-i, ikinci dəfə yol verildikdə 20%-i, üç və daha çox yol verildikdə isə 40%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Gələn il maaşlardan gəlir vergisi tutulacaq?
    Gələn il maaşlardan gəlir vergisi tutulacaq?
    17-sen-2025 | Bloq
  • İşəgötürən əlilliklə bağlı hansı məqamları nəzərə almalıdır?
    İşəgötürən əlilliklə bağlı hansı məqamları nəzərə almalıdır?
    17-sen-2025 | Bloq
  • 2026-cı ilin büdcəsinin gəlir və xərcləri açıqlandı
    2026-cı ilin büdcəsinin gəlir və xərcləri açıqlandı
    16-sen-2025 | Bloq
  • Nəqliyyat vasitəsinin alqı-satqısı hansı qaydada rəsmiləşdirilir?
    Nəqliyyat vasitəsinin alqı-satqısı hansı qaydada rəsmiləşdirilir?
    16-sen-2025 | Bloq
  • Fermerlərə ayrılan güzəştli kreditlərin miqdarı sürətlə yüksəlib
    Fermerlərə ayrılan güzəştli kreditlərin miqdarı sürətlə yüksəlib
    15-sen-2025 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    15-sen-2025 | Bloq
  • Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    12-sen-2025 | Bloq
  • İşçilərin attestasiya edilməsi qaydaları
    İşçilərin attestasiya edilməsi qaydaları
    12-sen-2025 | Bloq
  • Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    11-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]