logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əməkhaqqının nağd qaydada ödənilməsi mümkündürmü?

  • Bloq
  • 28-dek-2023, 12:31
  • 203
Əməkhaqqının nağd qaydada ödənilməsi mümkündürmü?


Vergi Məcəlləsinin 58.7-1. maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə əmək haqlarını nağd qaydada ödəyən vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Lakin həmin Qanunun 3.4.4-cü maddəsində göstərilib ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər işçilərinə əməkhaqqı ödənişlərini nağd qaydada həyata keçirə bilərlər. Maddədən də göründüyü kimi, sadələşdirilmiş verginin ödəyicisi (200.000 manatdan çox dövriyyəsi olan ictimai iaşə faəliyyəti istisna olmaqla) və ƏDV ödəyicisi olmayan gəlir və mənfəət üzrə vergi ödəyiciləri bu əməliyyatı həyata keçirə bilərlər.

Misal 1: Sadələşdirilmiş verginin ödəyicisi olan fərdi sahibkarın 3 nəfər işçisi var. Sahibkar onların hər birinə məcburi sosial ödənişlər çıxıldıqdan sonra 600 manat nett əməkhaqqını nağd qaydada ödəyir. Bu zaman həmin vergi ödəyicisinə 3 nəfərə aylıq ödədiyi cəmi 1.800 manat əməkhaqqı məbləğinə görə heç bir maliyyə sanksiyası tətbiq edilməyəcək.

Misal 2: ƏDV ödəyicisi olan fərdi sahibkar dekabr ayında işçilərinə nett olaraq 28.000 manat məbləğində əməkhaqqını nağd qaydada ödəyib. Bu zaman il ərzində birinci dəfə bu hala yol verdiyinə görə vergi ödəyicisinə 2.800 manat maliyyə sanksiyası tətbiq ediləcək.

28.000 x 10% = 2.800 manat.

Onu da qeyd edək ki, işçilərin əməkhaqqı məbləğindən hesablanıb tutulan məcburi sosial sığorta ödənişləri də yalnız nağdsız qaydada müvafiq fondların hesabına köçürülməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech