logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək müqaviləsinin müddəti bitən işçiyə veriləcək ödənişlər

  • Bloq
  • 29-dek-2023, 12:49
  • 306
Əmək müqaviləsinin müddəti bitən işçiyə veriləcək ödənişlər


Müddətli əmək müqaviləsinin müddəti başa çatdıqda müqaviləyə xitam verilir. Bəs bu halda işçilərin hansı təminatları vardır? Onlara ödəniş edilirmi? Mövzu ilə bağlı əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir:

Əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilir.

Misal 1: İşçi ilə əmək müqaviləsi bir il müddətinə bağlanıb və müqavilənin müddəti 30.04.2023-cü il tarixdə bitəcək. Tərəflərdən biri 07.05.2023-cü il tarixədək əmək müqaviləsinin xitamı ilə bağlı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılır. Bu zaman işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək Münasibətləri və Məşğulluq” altsistemində (ƏMAS) işçinin müqavilə müddətinin dəyişdirilməsi təmin edilməlidir.

Misal 2: Satıcı vəzifəsində çalışan işçi ilə əmək müqaviləsi bir il müddətinə bağlanıb və müqavilənin müddətinin 07.04.2023-cü il tarixdə bitməsi qeyd olunub. İşçiyə müqavilə müddətinin bitməsi və müqavilənin uzadılmayacağı haqqında bildiriş daxil olub. İşçinin aylıq əməkhaqqı məbləği 430 manatdır. Aprel ayında iş günlərinin sayı 22 gün olub. İşçi məzuniyyət hüququndan istifadə etməyib.

Bu halda işçiyə iki ödəniş verilməlidir: faktiki işlənmiş vaxta görə əməkhaqqı; istifadə edilməmiş məzuniyyətə görə kompensasiya.

Faktiki işlənmiş vaxta görə əməkhaqqı belə hesablanır:

430 : 22 = 19.55 manat:
19.55 x 5 = 97.75 manat.

Burada 5 gün işçinin apreldə işlədiyi günlərin sayıdır.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya isə bu cür hesablanır:

İşçi bir il ərzində əmək məzuniyyətindən istifadə etmədiyi üçün 21 günə görə kompensasiya almalıdır. Onun orta aylıq əməkhaqqı məbləğinin 430 manat olduğunu nəzərə almaqla orta gündəlik qazancı tapaq:

Bir günə düşən orta əməkhaqqı: 430 : 30.4 = 14.14 manat;

Məzuniyyətə görə kompensasiya: 21 x 14.14 = 296.94 manat.

Deməli, işçiyə cəmi 394.69 manat ödəniş olunacaq:

296.94 + 97.75 = 394.69 manat.

Bəs sınaq müddəti ərzində işçi özünü doğrultmazsa, əmək müqaviləsinə xitam verilən zaman işçiyə hansı ödənişlər edilməlidir?

Sınaq müddəti ərzində xitam zamanı da işçiyə faktiki işlənmiş iş vaxtına uyğun əməkhaqqı və xitam olunduğu tarixə qədər istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyası ödənilməlidir. Xitam prosesində işəgötürən tərəfindən işçiyə ödənilməli olan müavinətləri aşağıdakı şəkildə ümumiləşdirə bilərik:

Orta aylıq əməkhaqqının azı 2 misli miqdarında müavinət aşağıdakı hallarda ödənilir:

- əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

- işçinin hərbi və ya altemativ xidmətə çağırılması;

- qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi.

Orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödənilən hallar:

- işçi vəfat etdikdə;

- müəssisənin mülkiyyətçisi dəyişdikdə.

Qeyd edilən əsaslardan hansı biri ilə xitam verilməsindən asılı olmayaraq, əmək müqaviləsinə xitam verildiyi zaman işçiyə xitam olunduğu tarixə qədər işlədiyi iş günlərinə görə əməkhaqqı və istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyası ödənilməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq
  • Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    06-noy-2025 | Bloq
  • İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    06-noy-2025 | Bloq
  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq
  • Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    05-noy-2025 | Bloq
  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech