logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Mikro sahibkarlıq subyektinin 75 faiz güzəştinin tətbiqi ilə bağlı dəyişiklikdə VACİB MƏQAMLAR

  • Bloq
  • 16-yan-2024, 12:29
  • 172
Mikro sahibkarlıq subyektinin 75 faiz güzəştinin tətbiqi ilə bağlı dəyişiklikdə VACİB MƏQAMLAR


Tanınmış vergi mütəxəssisi Teymur İslamlı Vergi Məcəlləsində 1 yanvar 2024-cü il tarixdən mikro sahibkarlıq subyektlərinin 75 faizlik güzəşti ilə bağlı edilən dəyişikliklərlə bağlı bəzi məqamlara aydınlıq gətirib. Teymur müəllim statusunda qeyd edib ki, mikro sahibkarlıq subyektlərinə 75 faiz vergi güzəştinin tətbiqi ilə bağlı ünvanlanan sualları ümumiləşdirərək aşağıdakı məqamları bildirmək istəyir:

- Mikro sahibkar dedikdə il ərzində gəliri 200 min manatdan və orta aylıq işçi sayı 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur;
- Dəyişikliyə qədər gəlir və xərclərinin uçotunu aparan bütün mikro sahibkarlıq subyektləri 75 faiz güzəştdən istifadə edə bilərdilər. Məsələn, mikro sahibkar Məmmədovun 2023-cü ildə gəliri 15.000 manat, xərcləri isə 5.000 manat olmuşdur. Məmmədovun vergiyə cəlb olunan gəliri 15.000 - 5.000 = 10.000, güzəşt nəzərə alınmaqla gəlir vergisi (10.000 - 10.000x75%)x20% = 2500x20%=500 manat təşkil edəcək, yəni vergiyə cəlb edilən gəlirin 5 faizi miqdarında olurdu. 2024-cü ildə Məmmədovun orta aylıq işçi sayı (il ərzində aylar üzrə işçi sayının 12-yə bölünməsi nəticəsində alınan say) 3 nəfərdən az olarsa yuxarıdakı misal üzrə onun vergiyə cəlb olunan gəliri 10.000 manat olsa da, gəlir vergisi 10.000 x20% = 2 000 manat olacaq;
- Fiziki şəxs özü 3 nəfər işçi sayına daxil deyil, özündən əlavə 3 nəfər işçisi olduqda güzəşt hüququ yaranır;
- Hüquqi şəxsin direktoru da işçi hesab olunduğundan, direktordan əlavə 2 nəfər işçi olduqda güzəştdən istifadə hüququ yaranır;
- Dəyişiklik yalnız gəlir və mənfəət vergisi ödəyicilərinə təsir edə bilər, sadələşdirilmiş verginin ödəyicilərinə aid deyil;
- Dəyişiklik daha çox fərdi qaydada və ya işçi sayları 3 nəfərdən az olmaqla korporativ (vergi ödəyicilərinə) şəkildə xidmət göstərən şəxslər, "freelancer"lər (IT mütəxəssisləri, dizaynerlər, sərbəst mühasiblər, məsləhət xidməti göstərənlər və s.), yeməklərin çatdırılması şirkətlərinə xidmət göstərən kuryerlər və digər bu qəbildən olan şəxslərə təsir göstərəcək;
- 75 faiz güzəştdən istifadə hüququ 3 nəfər işçi sayı ilə bərabər, həm də məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması ilə də şərtlənir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech